Xəyanətkar cənub İran Azərbaycandan hansı cavabı ala bilər?

Müsahibələr 17:10 13.09.2021

Bir müddət öncə Azərbaycan və İran arasında siyasi gərginlik yaşanmışdı. O zaman Azərbaycan tərəfi İrandan gələrək, Laçın dəhlizi vasitəsilə Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə aznunsuz yük daşımasına etiraz etmişdi. İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musavi Azərbaycan XİN tərəfindən çağırılmış və İranin bu qanunsuz addımının Azərbaycanla İran arasındakı münasibətlərə mənfi təsir göstərəcəyi qeyd olunmuşdu.  

Amma Tehran qonşuluq, dostluq münasibətlərinə, Azərbaycanın xəbərdarlığına məhəl qoymadan, çirkli əməllərini davam etdirir. Təkcə 11 avqustdan 10 sentyabradək İrana aid 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndinə yük daşıyıb və hətta saylarını gizlətmək üçün İran avtomobillərindən bəziləri Laçın dəhlizini keçməmiş saxta Ermənistan dövlət qeydiyyatlı nömrə nişanlarından istifadə edib. Həmin saxta nömrələrdən istifadə edən 55 yük maşını eyni nömrələrlə bir neçə dəfə Azərbaycan ərazisinə daxil olarkən müşahidə olub. 

Bütün bunlar onu deməyə əsas verir ki, üzdə Azərbaycana dost deyib, arxadan işlər çevirən İran nəinki indi, hətta müharibə dövründə də, Ermənistanı və onun hərbi maşınlarını yanacaq və bəlkə də başqa təyinatlı yüklərlə təmin edib. 

Əslində bəzi incə məqamlara diqqət yetirsək İranın bu son dönəmdə Azərbaycan əleyhinə Ermənistanla bir çox işlər görüdüyü göz önündədir. Hətta beynəlxalq aləmdə balanslı siyasətdən dəm vuran İran ritorikləri masa arxasında öz bildikləri kimi hərəkət etməyə başlayır və ermənipərəst siyasətlərini yeritməyə çalışırlar. Məsələn, ötən ay İranın dövlət agentliyi olan İRNA İran ekspertlərinin iştirakı ilə keçirilən vebinarda Gorus-Qafan yonun Azərbaycan tərəfindən bağlanması ilə bağlı məsələni müzakirə edirdilər. Həmin müzakirədə İran tərəfi səbəbləri izah etmədən məsələni sanki Ermənistan leyhinə öz auditoriyalarına çatdırmağa çalışırdı. Halbuki, orada sərhədçimizin erməni təxribatçıları tərəfindən hücuma məruz qalması həmin müzakirədə öz əksini tapmadı və nəticədə İran öz dırnaqarası balanslı siyasətini nümayiş etdirmiş oldu.    

Mövzu ilə bağlı Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddn Soltan EDNews-a müsahibə verib. 

Iran's economic crisis may bring the regime to collapse | Eurasia Diary

- İran hər mənada Azərbaycanın ərazi bütovlüyünə hörmətsiz yanaşaraq Ermənistana yardım etmək məqsdilə Qarabğa qanunsuz daxil olur. Bunun bədəli olaraq İran Azərbaycandan hansı qarşılığı ala bilər? 

- İranın ikili oyun oynaması artıq bir ənənədir. İran işğal dönəmində də Ermənistana yardımlar edirdi, eyni zamanda müharibədən sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin tərəfdarı kimi çıxış etməyə başladı. O ki qaldı İranın yük avtomobillərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisinə onların gözü önündə qanunsuz olaraq keçməsinə, bu sadəcə bir ölkənin ərazi bütövlüyünə qarşı qanunsuzluq və sayğısızlıqdır. Lakin fikrimcə bu qanunsuzluğu törədənlə yanaşı, ona bu şəraiti yaradan tərəf də məsuliyyət daşıyır. İran avtomobillərinin Azərbaycan ərazisinə daxil olmasına məhz əraziyə nəzarət edən sülhməramlılar şərait yaradır. Azərbaycan tərəfinin buna cavabına gəlincə, qeyd edim ki, Azərbaycan prezidentinin İranın bu kimi əməllərindən çox gözəl xəbəri var və İran tərəfi bununla bağlı xəbərdar edilib. Hesab edirəm İran tərəfi bu xəbərdarlığa məhəl qoymazsa, Azərbaycan hökuməti İrana qarşı sanksiyalar tətbiq edə bilər. 

- Dediyiniz kimi, Qarabağda özbaşınalıq etməyə çalışan İran bunu həm də, qeyri-müəyyən mandatla Azərbaycanın  Qarabağ ərazisində fəaliyyət göstərən Rusiya sülhməramlılarının gözü qarşısında edir. Buna göz yuman və yaxud da olanları görməzdən gəlməyə çalışan sülhməramlı dəstələr Kremlin hansı siyasətini ifadə etməyə çalışır? Ümumiyyətlə bu davranış kimlərin mənfəəti üçün nəzərdə tutulub? 

- Əslində Rusiya addımı atmaqla müvəqqəti məskunlaşdığı Azərbaycan ərazisinə öz müttəfiqlərini cəlb etməyə çalışır. Bununla Rusiya regionda beynəlxalq çoxmilli güclərin sülhməramlı qüvvə kimi fəaliyyət göstərdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa səy göstərir. Bu perspektivdə məsələn, ola bilsin ki, Belarusun da iştirakı olsun. İstənilən halda isə Rusiya Azərbaycan ərazisində baş verən qanunsuzluqlara göz yumur. Bunlara şərait yaratmaqla Rusiya həm də İranla Azərbaycanın münasibətlərinin korlanmasına bir növ stimul verir. Təbii ki, bu davranış ermənilərin və onların havadarlarının, həmçinin Kremlin mənafe və maraqlarına işləyir. Çünki Azərbaycanla İran arasında münasibətlərin pozulması, həm də İranla Türkiyə arasında münasibətlərin pozulması anlamına gələ bilər və hesab edirəm Rusiyanın hədəfində bu da yer almaqdadır. 

- Erməni saytları Azərbaycanın İrana gömrük torpaqbastı rüsumu olaraq qaimə tətbiq etdiyi barədə şayiə yayıb. Qeyd edək ki, hal hazırda İran Azərbaycan vətəndaşlarından quru sərhədlərinə avtomobillə daxil olmaq üçün təxminən 120 ABŞ dolları civarında torpaqbastı rüsumu alır. Bəs saxta erməni informasiya mənbələrinin təbirincə yanaşılarsa, Azərbaycan tərəfi qarşılıqlı olaraq nədən İrana rüsum tətbiq etməsin?  

- Bilirsiniz ki, Gorus-Qafan yolu iki nöqtədə Azərbaycan ərazisinə daxil olur və Azərbaycanın həmin ərazilərdə istənilən formada nəzarət tətbiq etməsi onun təbii haqqı və hüququdur. Buna əsas verən səbəblərdən biri də həmin yolun istismarına dair Azərbaycanla Ermənistan arasında heç bir müqavilənin olmamasıdır. Belə olan halda həmin avtomobil yolu nəzarətsiz sayılır və Azərbaycan tərəfi həmin yolun öz ərazisindən keçən seqmentinə öz nəzarətini tətbiq edir. 

O ki, qaldı ermənilərin Azərbaycan tərəfinin guya sərhəd girişində pul tələb etməsi məsələsinə, bu sadəcə onların hay-küyündən başqa bir şey deyil. Çünki həmin ərazilərdə Rusiyanın da nəzarəti var və başqa beynəlxalq təşkilatlar da bu məsələdə maraqlıdırlar. Lakin Azərbaycan həmin yolun hər iki hissəsində gömrük nəzarət məntəqəsi qurmaq hüququna malikdir. Bu həm də vacibdir, çünki həmin yoldan keçən avtomobillər Azərbaycan ərazisinə daxil olaraq təhlükə və problemlər yaradır.  

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı