“Sanki kimsə mənim doğmamı öldürüb, sonra qarşımda qoruma ilə rahat gəzir” tanınmış telejurnalist Günel Gözəlova - MÜSAHİBƏ

Müsahibələr 13:46 25.01.2022
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin təşkilatçılığı ilə Şuşaya səfər təşkil olundu. İştirak edənlər arasında tanınmış telejurnalist, BAMF-ın Vitse-prezidenti Günel Gözəlova da var idi. Günel xanım illərlə Şuşa adlı yarası olsa da, Azərbaycanın incisini canlı gördükdən sonra ömrünün sonuna qədər Şuşa həsrəti ilə yaşayacağını bölüşdü bizimlə. Əslində təəsüratınız nə idi deməyə dilimiz varmırdı müsahibə zamanı, çünki o torpaqları işğaldan öncə gördükləri ilə yox, ermənilərin xarabalığa çevirdikləri ilə xatırlamağa məhkum edilən azərbaycanlılardan idi. Bir az miskin, bir az kövrək, dünya boyda qürurlu idi amma. 
 
Mövzumuz Şuşa...
 
 
 
Elə söhbətimiz də buradan başlayır. 
 
- Günel xanım, bu gün sizə şablon sualla müraciət edib, hisslərinizi bizimlə bölüşməyinizi istəməyəcəm. Sizdən rica edəcəm ki, bizim üçün Şuşanı vəsf edəsiniz.
 
- Məni təəccübləndirmək çox çətindir. Ancaq Şuşa mükəmməl bir zirvədir. Şuşaya çatanda anladım ki, bu şəhər fövqəl bir qüvvədir. Şuşa görməyi bacaran üçün möhtəşəmin ötəsidir. Mən hər zaman beynimdə görmədiyim Kəlbəcəri belə möhtəşəm təsəvvür edirdim, ancaq Şuşaya vuruldum. Şuşanı dərk etdikdən sonra ermənilərin ora olan qara sevdalarını anladım. 
 
Əsgərlərimizin böyük vətən sevgisi ilə, dik ayaq üstə cəngavər kimi sərhəddə durub Azərbaycanın hüdudlarını fəxrlə qorumaqlarının şahidi olduqda qürurlandım, hər birinin tək-tək Allaha əmanət etdim. Çalışdım onlarla bağlı keçirdiyim fəxr hisslərimi tək-tək şəxsən özlərinə bildirim. Bunu özümə borc bildim.
 
- Şuşaya gedən yol, Füzulidən keçir. Ən dəhşətli mənzərələrdən biri isə ermənilərin 30 ildir “ruhlar şəhərinə” çevirdikləri Füzulidədir. Nələrin şahidi olduz?
 
 
- Şuşaya qədər olan məsafədə erməni vandallarının dağıtdığı Füzuli, yanmış evlər ürəyimi çox ağratdı. İnanın Füzulidən keçəndə məqsədli şəkildə yandırılan, Mədain xarabalıqlarını xatırladan o evlər məni o qədər incitdi, yandırdı ki, bunu heç bir sözlə ifadə edə bilmərəm. Mənə elə gəldi ki, bu 30 ildə ermənilər hər gün Füzuliyə gəlib o evləri bir daha, bir daha yandırıblar, hər gün bir daş qoparıblar. Gördüyüm o izlər nifrətin əlamətləri və sübutu idi. Bəlkə də o yol boyu bizi izləyən, orada dəhşətlər içində can verən azərbaycanlıların ruhlarının yaşatdıqları hisslər idi.  Bir anlıq hər bir evi öz evimin yerinə qoydum və insanların oradan necə çıxdıqlarını təsəvvür etdim. İndi onların qayıdıb o evləri görəndə və ya görə bilməyəndə hansı hisslər keçirdiyini düşündükcə dəhşətə gəlirdim. Mən sizə səmimi bir etiraf edim ki, bugünə qədər bu duyğuları dərindən hiss etməmişəmmiş. O torpaqlardan didərgin salınan, qətl edilən, yarımcan və mənən məhv edilərək yaşamağa məhkum edilən hər bir həmvənlimdən bir daha üzr istəyirəm. Mən əminəm ki, vətənini və millətini sevən hər kəs o insanlardan üzr istəməlidir. Ona görə ki, biz onları qoruya bilməmişdik.  
 
- Gördüyünüz daha hansı mənzərə sizi məyus etdi? Hansı mənzərə qarşısında təəssüf hiss ilə ürəyinizdən “kaş ki” hissləri keçdi?
 
- Vətən torpağımda rus sülhməramlı əsgərlərini, ora sancılan rus bayraqlarını  gördükdə.  Həmin an anladım ki, mən başqa əsgərləri öz torpağımda görmək istəmirəm. Bu torpaqları qüdrətli, qorxmaz Azərbaycan əsgəri qorumalıdır.
 
Həm qonaqlarımızı, həm də bizim vətəndaşlarımızın təhlükəsizliyini ancaq və ancaq rəşadətli  Azərbaycan əsgəri qorumağa qadirdir. Rus sülhməramlılarının olduğu ərazilərdə erməni avtomobillərini gördükdə isə çox dəhşətli hisslər yaşadım. Sanki kimsə mənim doğmamı öldürüb, sonra qarşımda qoruma ilə rahat gəzir, mən onları gördükdə bu hissləri bütün ruhumla yaşadım! 
 
 
- Deyirsiz heç vaxt Şuşa həsrətim olmayıb, qanayan Şuşa yaram olub. 
 
- Bəli, Şuşa mənim dərdim idi, qaysaq bağlayan, hər il bir də qanayan yaram idi, ancaq həsrətim deyildi. Bugünə qədər mənim Şuşa həsrətim olmamışdı, adam görmədiyinin həsrətini çəkə bilməz axı... Amma Şuşanı gördükdən bəri həsrətini çəkməyə başladım. Bundan sonra mən Şuşanın həsrəti ilə yaşayacam, çalışacam ki, ildə bir dəfə Şuşaya səfər edim, oranın azad havasını udum. Hesab edirəm ki, ən azı bu mənim Şuşaya, Qarabağa, şəhid qardaşlarımın qanına olan borcumdur. 
 
- Bildiyim qədər, Şuşa sizdə başqa hisslərlə ahəng təşkil edir. Şuşa sizə həm də kimisə xatırladır...
 
 
- Bir yaxın  ürək dostum var idi, hər zaman mənə deyirdi ki, səni Şuşaya mən aparacam. Təəssüf ki, indi o yoxdur. Şuşa azad olan gün mən o dostumun həsrətin çəkdim, onun sözlərini xatırladım. Düşündüm ki, kaş o da var olaydı, bu gün biz Şuşanı birlikdə ziyarət edərdik. 
 
- Bir də Xocalı niskiliniz var... 
 
- Xocalı mənim namus yaramdır. Xocalı ilə bağlı bir arzum var. Xocalıda diz çöküb, torpağı öpərək o faciəni yaşayan insanlardan, həyatını itirən soydaşlarımızdan dönə-dönə üzr istəmək. Bu gün onların çoxu həyatda deyil, bir çoxları ömürlərini yarımcan, o dəhşətləri xatırlayaraq hələ də sürdürməkdədir.
 
- Sonda...
 
- Səfər zamanı keçirdiyim hisslər çox fərqli hisslər idi, zatən hamı özüm bunu istəməsəm də mənə “çox güclü qadınsan”-deyir. Şuşa məni daha da gücləndirdi, yol boyu gördüklərim bir insanın sadəcə ürəkdən istəməsi, dua etməsi ilə özününkü olana, özünə layiq olana qovuşduğuna əmin oldum. Bunun üçün ilk növbədə BAMF prezidenti Umud Mirzəyevə çox dərin təşəkkürümü bildirirəm. Bu gün o, mənim 30 ildir qanayan və 44 günlük Vətən müharibəsi sayəsində yaxşılaşmaya doğru gedən  yaramı tam sağaltdı. Mən Şuşa meşələrini, sıldırım qayaları qara bürünmüş gördükcə, əsgərlərimizin Şuşanı fəth etdikdə hansı əziyyətlərlə üzləşdiklərini düşünüb  qürurlanırdım və  bu şaxtalı, qarlı Şuşada mən onların yaşadıqlarını bütün qəlbimlə  hiss etdim, yaşadım. O 44 günlük müharibəni gözümün qarşısında canlandırdım. Bir daha Umud müəllimə təşəkkür edirəm ki, bu hissləri yaşamaq üçün Şuşa səfərimizin zamanını çox düzgün seçmişdi. 
 
Düşünürəm ki, bütün dünya günahkardır...
 
Günel xanım fikirlərini, Şuşa səfəri haqqında təəsüratlarını bu sözlərlə tamamlayır...
 
-Baxmayaraq ki, bir jurnalist kimi illərdir efirdə ermənilərin etdikləri vəhşilikləri  dəfələrlə səsləndirdim, ən ağır kadrları ürək ağrısı ilə montaj etdim, yol boyu canlı gördüyüm kadrlarla bu dünyanın ədalətsizliyini bir daha anladım.
 
Düşünürəm ki,  bizim faciəmizin səbəbkarı tək ermənilər deyil,  bu faciədən xəbəri olub, bilən  hamıdır.  Çünki ədalətsizlik qarşısında susan hər bir kəs günahkardır...
 
Söhbətləşdi: Vüsalə Balayeva
 
 
 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı