Putinə qarşı iqtisadi mübarizədə bütün ölkələr birləşməlidir amerikalı diplomat - MÜSAHİBƏ

Müsahibələr 13:29 22.03.2022
Rusiyanın Ukraynanı işğalı artıq 25 gündür ki, davam edir. Həm canlı, həm də texniki itkilərə məruz qalan Rusiya hələ də geri çəkilmək niyyətində deyil. Hər gün minlərlə hərbçisini özgə torpaqlarında itirən Moskva, Ukraynanı tamamilə işğal etmək niyyətindən vaz keçməyərək hətta Suriya və Mərkəzi Afrika ölkələrindən muzdlu ordu toplamağa başlayıb. 
 
Məsələ burasındadır ki, müharibəni dayandırmaq üçün sülh danışıqları müzakirə edilsə də, bu hər iki tərəfi qane edə bilməyib. Belə ki, Kiyev hökumətini "faşist rejimi" adlandıran rəsmi Moskva həm ölkəni açıq şəkildə işğal edir, həm də onu tərkisilah olmağa çağırır. “Əlbəttə, Prezident Zelenski bununla barışa bilməz,” - deyə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ednews-a müsahibəsində bildirib.  
 
ABŞ diplomatının verdiyi müsahibəni sizlərə təqdim edirik: 
 
- Rusiya Ukrayna ərazisində hələ də hərbi əməliyyatlarına davam edir. Bu gün Ukrayna özünün ən ağır günlərini yaşayır. Ekspertlərin rəyinə görə, Rusiya bu konfliktdə ilk səhvini Krıma daxil olmaqla edib. Rusiya bəlkə də bu gün öz səhvini anlayıb, lakin dünyanın güc dövlətlərindən biri olduğu üçün bunu boynuna almaq istəmir. Sizcə, Rusiyanın bu “səhvi” ucbatından hansı nəticələr və aqibət gözləyir?
 
- Rusiya Ukraynanı işğal etməklə çox böyük səhv etdi. Bununla Rusiya özünü təkcə NATO və ABŞ-ın deyil, bütün dünya ölkələrinin böyük düşməninə çevirib. Görünən budur ki, dünyada yaranan nifrət ruslara qarşı deyil, ölkələri işğal edən Putin rejiminədir. Biz ayrı xalqlar olaraq bir-birimizi sevirik, lakin rejim hazırda günahsız mülki insanları hədəfə alır, onları qətlə yetirir, onların məktəblərinə, doğum evlərinə bombalar yağdırır, beynəlxalq hüquq qaydalarını pozur. Qeyd edim ki, Prezident Putin və onun ən yaxın adamları törətdikləri müharibə cinayətlərinə görə ittiham olunacaqlar.
 
Rusiya eyni zamanda, iqtisadiyyatını məhv edə biləcək və Ukraynaya qarşı təcavüzü maliyyələşdirməyi mümkünsüz edən tarixin ən sərt iqtisadi sanksiyaları ilə üzləşməkdədir. Qarşıda biz hələ Rusiyada beynəlxalq şirkətlərdə və banklarda çalışan on minlərlə insanın işini itirdiyini görəcəyik. Rublun dollar və avroya nisbətdə dəyəri 30% ucuzlaşdığı üçün inflyasiya kəskin şəkildə artıb. Hazırda Rusiya arzu edilməyən bir ölkə, başqa sözlə, dünyada tərəfdaş kimi deyil, problem kimi tanınan bir ölkədir. Bunun həm də dünyada çox böyük geosiyasi təsiri var.
 
Ukraynanı işğalla özünə ilhaq etmək istəyən Rusiyanın hərəkətləri həm də transatlantik birliyi bir araya gətirdi. Bütün NATO dövlətləri daha əvvəl heç olmadığı kimi güclərini birləşdirdi. NATO indi Prezident Putinin arzulamadığını gerçəkləşdirir. Bir sözlə, NATO Rusiya sərhədi yaxınlığında hərbi mövcudluğunu genişləndirir. Rusiyanın Putin dönəmindəki işğalçı siyasəti, Stalinin 1939-cu ildə Hitlerlə Polşanı işğal etmək barədə razılığa gəlməsindən sonra həyata keçirdiyi ən böyük uğursuz planıdır.
 
-  Bütün qərbin təhdid və qadağalarına baxmayaraq, Rusiya “Ukrayna ssenarisi”ni həyata keçirdi. O, bunu sərhədlərinə təhdid adlandıraraq etdi, bununla da bütün dünyaya özünün “gücünü” göstərməyə çalışdı. Bu halda Ukrayna hazırda Rusiyanın şərtlərini qəbul edib və sülh müqaviləsi imzlaya bilərmi? Ümumiyyətlə, müqavilədə hər iki tərəfin şərtləri haqqında hansı proqnozlar var?
 
- Ukrayna Rusiyanın bütün tələbini qəbul etməyəcək. Bu qeyri-mümkün olan bir şeydir. Həm də Ukrayna ona görə qəbul etməz ki, onların bəziləri NATO-nun 1997-ci ildə genişlənmə barədə razılıq sənədinə aiddir və NATO heç vaxt Xorvatiya, Bolqarıstan və 3 Baltikyanı ölkədən hərbi mövcudluğunu geri çəkməyə razı olmayacaq. Bu məsələnin birinci tərəfidir.
 
Məsələnin ikinci tərəfinə gəlincə isə, bu, Ukraynanın özü ilə bağlıdır. Prezident Volodimir Zelenski Ukrayna tərəfindən mümkün neytrallığı nəzərdən keçirməyə hazır olduğunu bildirib. Əslində bu həm də Ukraynanın NATO-ya qoşulmayacağının bir növ qarantı deməkdir. Putin bunu öncədən tələb kimi Ukrayna qarşısında irəli sürmüşdü. Lakin Ukraynanın bu istiqamətdə qismən razılığına baxmayaraq, Putin yenə də Prezident Zelenskinin təklifindən razı qalmadığını açıq şəkildə bildirib. O, həm də Ukraynanın demilitarizasiyasını, başqa sözlə, ordusunu ləğv etməsini istəyir. Digər məsələ isə Putinin Ukrayna hökumətini nasist rejimi adlandırmasıdır. Bu absurd bir haldır. Təsəvvür edin Ukraynada demokratik seçkilər nəticəsində yahudi əsilli bir siyasətçi prezident seçilir və özü də rus dilində danışır. Bu necə ola bilər? Zelenski hətta ölkəsində rus dilində danışanlara qarşı heç bir ayrı-seçkilik etməyib. Təsəvvür edin, bu Azərbaycanda baş versəydi və Prezident Putin ölkəni işğal edib hökuməti nasist rejimi adlandırsaydı, Prezident Əliyev Putinin tələbləri ilə heç razılaşardımı?
 
Putin ağlını itirib. Hazırda onun aqressiv planları üzündən həm maddi vəsaiti, həm də canlı qüvvəsi tükənməkdədir. Putin hazırda Suriyadan və Mərkəzi Afrika ölkələrindən Ukraynada döyüşmək üçün muzdlu əsgərlər cəlb edir, çünki 25 günlük müharibədə xeyli sayda rus əsgəri öldürülüb.
 
- NATO Rusiya ilə birbaşa hərbi toqquşma istəmədiyi üçün, Ukrayna müharibəsində bu ölkə üzərində hava məkanını bağlamadı. Çünki bu münaqişənin nüvə müharibəsinə çevrilməsindən qorxur.  Bu bəzi siyasi analitiklərin fikridir. Siz bu barədə nə düşünürsüz? NATO həqiqətənmi Rusiyanın əlində olan nüvə silahından çəkindi, yoxsa hava məkanını bağlamamaq üçün başqa səbəblər də vardı?
 
- Hesab edirəm ki, NATO-nun Ukrayna üzərində hava məkanını bağlamağa razılıq verməməsinin iki səbəbi var: Birincisi, ABŞ, yəni NATO Rusiya ilə birbaşa hərbi qarşıdurma yaşamaq istəmir. Şübhəsiz ki, Qərb, sonda münaqişənin nüvə müharibəsi ilə nəticələnməsini istəmir. Məlum olduğu kimi, Rusiya müharibədə kimyəvi və bioloji silahlardan istifadə edir. Bu birinci səbəbdir. İkinci səbəb odur ki, Prezident Putin NATO-ya üzv ölkələri müharibəyə cəlb etmək istəyir. Nəticədə Rusiya ABŞ-ı iki ölkə arasında müharibəyə müdaxilə edən təcavüzkar ölkə adlandırmaq istəyir. Putin ABŞ-ı müharibəyə cəlb edə bilməyəcək və heç vaxt müharibədə ABŞ və NATO-nu günahlandırmaq kimi şansı olmayacaq. 
 
ABŞ və NATO-nun müttəfiq ölkələrlə birgə dəstəyinə gəlincə, bu, artıq edilib və NATO Ukraynaya öz hava məkanını müdafiə etmək üçün hərbi təchizat verməkdə davam edir. Bura Rusiya qırıcı təyyarələri və hərbi helikopterlərini məhv edə biləcək “Stinqer” tipli raketlər və digər hava hücumundan müdafiə sistemi daxildir. 
 
- Rusiya üzərində sanksiyalar artıq region dövlətlərinə öz mənfi təsirini göstərməkdədir. Rusiyada şirkətlər, zavodlar fiaskoya uğrayır, istehsal dayandırılır. Digər tərəfdən Qərb tərəfi ticarət əlaqələri üçün region dövlətlərini özünə doğru yönəltməyə çalışır, lakin nə avronun, nə də dolların məzənnəsi alqı-satqı prosesi üçün əlverişli vasitə kimi görünmür. Son olaraq, artan iqtisadi böhranın fonunda bundan təsirlənən ölkələrin çıxış yolu nə ola bilər?
 
- “Nə avro, nə də dollar ticarət üçün yaxşı vasitə kimi görünmür” fikri tamamilə yanlışdır. Bu bir həqiqətdir ki, dünya beynəlxalq ticarətdə ABŞ dollarından hədsiz dərəcədə asılıdır. Dollar dünyada bir nömrəli ehtiyat valyutasıdır. Bu da o deməkdir ki, Rusiya daxil olmaqla, dünyada ən böyük ticarət həcmi ABŞ dolları ilə aparılır. Buna görə də ABŞ-ın Rusiyaya qarşı sanksiyaları və nəticədə Rusiyanın dollardan istifadə imkanlarını məhdudlaşdırması onun üçün çox ağrılıdır. 
 
Bundan əlavə, qlobal ticarət üçün dünyada ən çox istifadə edilən ikinci valyuta avrodur. Dünyanın bir çox yerlərində hər kəs dollar və avroya sahib olmaq, banklara çıxış əldə etmək və valyutaları konvertasiya etmək, habelə ABŞ dolları və avro ilə ticarət etmək istəyir. Ancaq bu vəziyyətdə Rusiya şirkətləri və fabrikləri iflasa uğrayır, insanlar iş yerlərini itirir, istehsal dayandırılır. Təbii ki, bu, sanksiyaların nəticəsidir. Əslində, sanksiyalar rus xalqına qarşı deyil, əksinə Putin rejimini hərbi müdaxilədən çəkindirmək üçün Rusiya iqtisadiyyatını sındırmaq məqsədi daşıyır.
 
Təbii ki, burada qonşu ölkələr də iqtisadi təzyiqlərin acısını hiss edəcək. Lakin böhrandan çıxış yolu üçün həmin ölkələr Putinin işğalçılığına etiraz olaraq bir araya gəlməli və Prezident Putinə qarşı iqtisadi təzyiqlərini davam etdirməlidirlər. Əgər ABŞ da daxil olmaqla, digər ölkələr özləri iqtisadi təzyiqi hiss etmirlərsə, deməli, Rusiya iqtisadiyyatını sıxışdırmaq üçün kifayət qədər iş görmürlər. Prezident Putin açıq şəkildə bildirdi ki, onun tələbləri təkcə Ukrayna ilə bitmir. Əvvəldə qeyd etdiyim kimi, onun ambisiyası NATO ilə qarşıdurma yaratmaq və NATO-nu özlərinin üzv olmaq istədikləri ölkələri tərk etməyə məcbur etməkdir. Bundan başqa, Prezident Putin öz radikal tələblərini yerinə yetirmək üçün nüvə silahından istifadə edəcəyini bildirib. Düşmən hesab etdiyi hər kəsə qarşı bunu edə biləcək bir lider sadəcə dayandırılmalıdır.
 
Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı