İrəvanda Ukrayna millisinə qalibiyyət gətirən azərbaycanlı futbolçu Eldar Quliyev Akademik Hətəm Quliyevin layiqli təmsilçisi ilə MÜSAHİBƏ

Müsahibələr 16:41 16.06.2022
13 İyun tarixində Avropa çempionatının seçmə oyunu çərçivəsində Ermənistanın paytaxtı İrəvan şəhərində Ermənistan və Ukraynanın gənclərdən ibarət futbol komandaları qarşılaşıb. Ukrayna millisinin üzvü Eldar Quliyev oyunda qollardan birininin müəllifi olaraq fərqlənib. Görüş 0:2 hesabı ilə Ukrayna milli komandasının qələbəsilə başa çatıb.  
 
Ednews öz ölkələrində erməniləri məğlubiyyətə uğradan bu gənclə həmsöhbət olub. Müsahibə zamanı Eldar bildirib ki, o, həm də babası, böyük akademik Hətəm Quliyevin adını layiqincə təmsil edir.
 
Beləliklə maraqlı söhbətimiz başlayır...
 
- Eldar, istərdim ilk olaraq özünüz haqda qısaca məlumat verəsiniz. Ukraynada nə zamandan yaşayırsız? 
 
- Kiyevdə anadan olmuşam. 20 yaşım var, anadan olandan Ukraynada yaşayıram.
 
- Futbola həvəs haradan yarandı? Futbol karyeranız necə başladı?
 
- Məktəbdə 1-ci sinifdə oxuyarkən məşqçi sinifləri bir-bir gəzərək uşaqlar toplayırdı, onlara futbola yazılmağı təklif edirdi. Bunu eşidəndə mən evə gəldim və atama futbola getmək istədiyimi bildirdim. Beləcə “Ednost” komandasında oynamağa başladım.
 
- Hansı komandalarda çıxış etmisiz? Futbolda hansı uğurlarınız var?
 
- Uzun müddətdir ki, Ukrayna Premyer Liqasında oynayıram. Ukraynanın 21-yaşlılardan ibarət millisində çıxış etmək üçün təklif aldım və qəbul etdim. “Ednost”, “Dinamo”, “Arsenal”, “Dnepr”, “Şaxtyor”, “Mariupol” və “Minay” kimi komandaların tərkibində çıxış etmişəm. Sonuncu medalıma 17-yaşlılardan ibarət “Şaxtyor” futbol yığması ilə Ukrayna çempionu adını qazananda layiq görülmüşəm. 
 
- Debüt oyunu olaraq Ermənistanın paytaxtında oynamaq və komandaya qalibiyyət gətirmək necə bir hissdir?  
 
- Onların sahəsində oynamaq xüsusi bir zövq verirdi. Xüsusən də oyun Ukrayna üçün belə çətin bir zamanda keçirilirdi. Həm də Azərbaycan üçün belə prinsipial rəqiblə mübarizədə məndə ikili motivasiya var idi. Ona görə bu mənə xüsusi güc verdi və komandamız qalibiyyət qazandı. Mənim üçünsə bu qələbə xüsusi önəm kəsb etdi. 
 
- Bildiyimiz qədər siz 16 yaşında Azərbaycan millisində oynamaq üçün təklif almısınız, lakin bunu qəbul etməmisiniz. Buna səbəb nə idi? 
 
- Yox, əksinə, təklif olunduqdan sonra, mən milli komandaya gəldim. Lakin sonradan ikinci dəfə gələndə “Şaxtyor” klubundan bildirdilər ki, bu mümkün deyil və mən geri qayıtmağa məcbur oldum.
 
- Bir az ailəniz haqda danışardız.
 
- Hazırda atam Şahbaz Quliyev Ukrayna müharibəsində iştirak edir. İndi anam İnna, qardaşım Ruslan və Floki adlı itimizlə birgə yaşayıram. Atam və anamın 44, qardaşımın 21 yaşı var. Flokininsə artıq 5 yaşı olacaq. (gülür)
 
- Babanız Hətəm Quliyevlə münasibətiniz necə idi? Azərbaycana gəlib-gedirsizmi?
 
- Bizim babamla hər zaman çox gözəl münasibətimiz olub. Tez-tez zəngləşərdik. Onunla hər şey haqda danışa bilirdim. Azərbaycana tez-tez gəlmirəm, amma bir neçə dəfə orda olmuşam.
 
- İstedadlı nəslin nümayəndəsiniz. Belə bir ailənin varisi olmaq sizin üçün nə deməkdir?
 
- Bu mənim üçün böyük məna kəsb edir. Yəni istədiyim qeyri-adi bir şey deyil. Mən də bir çox insanlar kimi çalışıram ki, hər zaman mənsub olduğum şəcərəni layiqincə təmsil edim. Onlardan geri qalmamaq və nəslimizə layiqli bir davamçı olmaq istəyirəm.
 
HAŞİYƏ: Eldar Quliyev Ukrayna və Avropanın məşhur klublarından olan Donetskin “Şaxtyor” Futbol Akademiyasının yetirməsidir. Gənc futbolçu Azərbaycanın dünya şöhrətli alimi Hətəm Quliyevin nəvəsidir. Atası Şahbaz Quliyev, Ukrayna Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində komandir vəzifəsində çalışır. Hazırda Rusiyaya qarşı müharibənin ən qızğın nöqtəsində döyüşür. 
 
Eldarı hələ uşaq ikən “Real-Madrid”, “Barselona”, “Mançester Yunayted”, “Bavariya” və s. kimi məşhur komandalar transfer etmək istəyirdi. Lakin babası akademik Hətəm Quliyevin təklifi ilə o klubların təklifini qəbul etməyib. Hətəm Quliyevin fikrincə, əsas nəvəsinin məşhurluğu deyil, onun düzgün yetişməsi idi.    
 
Gülnar Səlimova
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı