Binaları fəth edən alpinist Bob “Bakı gecələri möhtəşəmdir, biz buludların içində yaşayırıq” - MÜSAHİBƏ

Müsahibələr 17:00 21.06.2022
Dünyada maraqlı və qeyri-adi peşələr çoxdur. Əsas insan üçün sevdiyi işlə məşğul olmasıdır. Deyirlər “Evdən işə, işdən evə tələsən insanlar dünyanın ən xoşbəxt insanlarıdır”. Bu gün söz açacağımız qəhrəman da o insanlardandır. Onun sevdiyi işi və gözəl ailəsi var. 
 
Qəhrəmanımız Vladimir Qolovanov (Bob Unique) zirvələri fəth etməyi sevir. Məhz elə hündürlüyə olan sevgisi də onu sənaye alpinisti peşəsinə gətirib. Bu gün o Bakının ən məşhur göydələnlərini fəth etməklə məşğuldur. Bob şəhərimizi daha da gözəlləşdirən binaların fasadlarına dırmanaraq onların daha da gözəl qalmasına kömək edir.
 
O, dünyada ən təhlükəli işlər siyahısına salınan peşələrdən biri ilə sənaye alpinizmi ilə məşğul olur. Peşəsi ilə bağlı maraqlı suallarımıza cavab tapmaq üçün Bobla görüşüb, söhbətləşmək qərarına gəldik. Düşündük ki, həmsöhbətimiz sayəsində bizi maraqlandıracaq bir çox məqamlara aydınlıq gətirə biləcəyik.
 
Əsl adı Qolovanov Vladimir Valeryeviç olan alpinist 10 sentyabr 1989-cu ildə Azərbaycanda doğulub. Milliyyətcə slavyan rusudur. Sənaye alpinisti kimi fəaliyyət gostərən Bob təlim mərkəzində alpinist, xilasetmə, hündürlükdə iş və qaydalar üzrə təlimçi kimi də çalışıb.
 
Bobdan ilk olaraq, onun ləqəbi barədə soruşuruq. Maraqlıdır, Vladimir niyə özünə “Bob” ləqəbi seçib?
 
- Bu çoxdanın, 2004-cü ilin söhbətidir. Yaxın dostlarımla uşaqlıqdan bir-birimizə söz verdik ki, böyüyəndə dünyanı gəzəcəyik, Avropaya, ABŞ-da yaşayacağıq. Bu ölkələrə məsələn ABŞ-da Samir adı qəribə gəlməsin deyə onu qısaltdıq Sam oldu, Maksim Max, Emilə ad qoymadiq(gülür), məni isə fikirləşəndə Vladimir - Vova – Вов, ingliscə Bob qoyduq. Bu günə qədər adım elə qalıb. Amma uşaqlar sözünü tutub, bircə məndən başqa. Samir indi Almaniyadadır, Emil Çexiyada, Marat Fransada, Gena New-Yorkda yaşayır, arada bura da gəlirlər. Mənim üçün əziz xatirədir.
 
- Alpinizmə maraq haradan yarandı, əsasən deyirlər yüksəklikdən qorxan insanlar sonradan alpinist olurlar. Sizdə bu necə olub? 
 
- Alpinizmlə 2000-ci ildən məşğul oluram. Məktəbdə “Borya” ləqəbli Mübariz adlı gənc fəal alpinizm-dağçılıq adlı əlavə bir dərs keçirdi. O bunu təmənnasız edirdi, məqsəd sadəcə alpinizmə maraq oyatmaq idi. Bu məni özünə cəlb etdi, zamanla bu mənə daha da maraqlı oldu və bu yolu seçdim. Hündürlükdən isə heç vaxt qorxmamışam.
 
- Alpinist kimi hansı zirvələri fəth etmisiz?
 
- Sənaye alpinistləri zirvələri deyil, binaları fəth edirlər (gülür). İşimdən həzz alıram. Bir ay fasilə yarananda elə bilirəm nəsə çatışmır. Həmin hissləri yenidən yaşamaq istəyirəm. Bu hər zaman üçün belədir. Bir də qış aylarında adətən nazik geyinirik, çunki iplə sallanarkən soyuq olmur. Yəqin ki, bu adrenalinlə ələqədardır. Nə qədər ki, ipdəsən soyuq deyil, amma ayaqların yerə dəyən kimi soyuqdan ölürsən (gülür). 
 
- Demək olar ki, dünyanın ən təhlükəli peşəsi ilə məşğulsuz. Göydələnlərə qalxanda sizdə xüsusi hisslər olurmu? Heç hündürlüyə qalxanda “Görəsən, yerə enmək mənə qismət olacaq?” kimi düşüncələr ağlınızdan keçir?
 
- “Görəsən yer mənə qismət olacaqmı?” fikri təhlükəli anlarda yada düşür. Amma alpinistlərin arasında belə bir söz var. Gəlin bir siqaret çəkək, bəlkə bu siqaret axırıncı olacaq (gülür). Mən isə siqaret çəkən deyiləm(yenidən gülür)
 
- Sirr deyilsə, qazancınız nə qədərdir?
 
- Qazanca gəldikdə, atalar sözü yadıma düşür. “Qadının yaşını, kişinin də pulunu soruşmazlar” (gülür). Amma ümumi deyə bilərəm ki, maaşlar 800-7000 manat aralıqda dəyişir. Bu şirkətdən, sənin bacarığından, sertifikatlarin sayından və s. asılıdır. 
 
- Bakı hündürlükdən necə görünür? Oradakı təsvir aşağıdakı görünüşlə nə ilə fərqlənir?
 
- Bakı yüksəklikdən elə möhtəşəm görünür ki… Ən gözəl mənzərələr bizdədir. Biz buludların içində oluruq. Bakı gecə saatlarında hündürlükdən çox gözəldir, sanki Bakıda deyilsən Las-Veqasdasan (gülür).
 
- Ekstrim hisslərinizi daha hansı məşğuliyyətlə basdırırsız?
 
- Bizim istrahətimiz də extremal keçir. Zip line (kanatla sürüşmək) yaradırıq, rope jumping (hündürlükdən iplə tullanma) edirik, bir necə dəfa paraşütlə atlamışam, off-road-a (yolsuzluq avtomobili ilə çətin şəraitdə sürücülük) gedirik, kvadrasikl (3 çarxlı motosiklin avtomobil ilə hibrididi) sürürük və s. Çox zəngin bir gün keçirirəm, hər günüm maraqlı olur, çox şeylər baş verir, əlavə məşğuliyyətə boş vaxt qalmır.
 
- Başınıza gələn ekstrim hadisələr yəqin ki, olub. İlk ağlınıza gələn hadisədən bəhs edərsinizmi?
 
- Başıma çox hadisələr gəlib. Bir dəfə ipim qırılıb, sonra kvadrasikli aşıb, daha sonra isə dənizdə üzərkən balıq toruna ilişib, son anda qurtulmuşam. Qardaşım yanımda olmasaydı, mən indi həyatda deyildim. Hadisələr çox olub, çox şükür ki, sonu yaxşı qurtarıb.
 
- İstərdim bir az da ailənizdən danışasınız. Həyat yoldaşınız azərbaycanlıdır. Necə tanış olmusuz? 
 
- Bəli, yoldaşım azərbaycanlıdır. Tanışlığımız təsadüfən olub və aramızda ilk görüşdən sevgi yaranıb, uzun məsələdir(gülür). Atam rəhmətə gedib, anam yanımdadır. Mənim bütün qohumlarım Rusiyadadır. Burada həyat yoldaşımın qohumları var.
 
- Evdə hansı dildə danışırsız? 
 
- Evdə hər dildən istifadə edirik. Azərbaycan, rus, ləzgi, ingilis. Uşaqlar biz az böyüsün Çin dilini öyrənməyə başlayacayıq (gülür).
 
- Azərbaycanın ən bəyəndiyiniz və bəyənmədiyiniz adətləri?
 
- Azərbaycanın demək olar hər bir adətini bəyənirəm. Gözəl atalar sözləri var. İnsanlar bir-birlərinə yardım edirlər, dəstək olurlar. İstənilən adamdan yol soruşsan göstərəcək, səni başa düşməsələr də səni gedəcəyin ünvana ötürəcək. Bir şeyi bəyənmirəm - bəzi toy adətlərini. Toyda şəxsin imkanından asılı olmayaraq qızılın alınması vacibdir. Əksər hallarda isə bu qızıllar sadəcə bir dəfə istifadə olunmaqla qalmır, həm də gənc ailəni maddi cəhətdən çətin vəziyyətdə qoyur. Bununla da lazımsız xərclər gənc ailəni daha da çətin vəziyyətə, borca salır.
 
- Azərbaycan mətbəxi çox koloritli yeməklərdən ibarətdir. Hansı yeməkləri daha çox bəyənirsiz?
 
- Ən dadlı mətbəx elə Azərbaycan mətbəxidir. Sobanın ustundə buğlama, “üç bacı” dolması, şah plov, kabablar və dolma mənim ən sevdiyim təamlardır.
 
Sonda bizə Boba uğurlar diləmək qalır.
 
“Sizə işlərinizdə uğurlar arzulayırıq. Daima zirvələrə doğru, yolunuz yarımçıq qalmasın heç vaxt”
 
Gülnar Səlimova
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı