Krım Rusiyanı nüvə silahına əl atmağa vadar edə bilər Ukraynalı ekspert Vitali Kulik ilə ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 15:21 23.11.2022

Son bir ayda Rus ordusunun Liman və Xersondan geri çəkilməsi Putinin Krımı itirmək qorxusu haqqında iddialarını ortaya atıb. Rus mediasında ordunun bu şəhərlərdən çıxması geniş rezonans doğurub və onlar Putini Krımı boşaltmasında məğlubiyyətini boynuna alması ilə əlaqələndirib. Son hadisələr isə bundan sonra müharibənin Krımda davam edəcəyi iddiası haqqında mesajlar verib. Bəzi ekspertlərin sözlərinə görə, Qətərdə keçirilən Futbol üzrə Dünya Kuboku ərəfəsində döyüşlər səngiyərək kiçik masştablı vəziyyətə keçib. 

Rusiya Ukrayna cəbhəsindəki son vəziyyəti şərh edən ukraynalı Vətəndaş Cəmiyyəti Tədqiqatları Mərkəzinin direktoru, politoloq Vitali Kulik Ednews-a müsahibəsi zamanı maraqlı faktlara toxunub.

Vitaly kulik. All photos by keyword Vitaly Kulik - UNIAN

Sözügedən müsahibəni təqdim edirik:

- Rusiya Xersondan sonra faktiki olaraq Krımı da boşaldır. Bu, müharibənin Krımdan davam etməsi, yoxsa hər hansı bir ayrıca planından xəbər verir? 

- Biz görürük ki, ruslar Krımda artıq müdafiə xətləri hazırlayır və əsasən də, Krım və Xerson vilayətinin inzibati sərhədində yerləşən yaşayış məntəqələrinin əhalisinin boşaldılmasını elan edir. Fakt budur ki, rusların Xerson vilayətinin qalan hissəsini tutmayacağına inanmaq üçün əlimizdə əsaslar var.

Rusiya qoşunlarının Xerson vilayətində Dnepr çayının sol sahilində gücləndirilmiş canlı qüvvələrinin olmasına baxmayaraq, Ukrayna ordusu işğal olunmuş ərazilərdə və Xerson bölgəsinin bir hissəsində bazalara, qoşun cəmləşdirmələrinə, qərargahlara və ən əsası yollara uğurlu zərbələr endirməyə qadirdir. 

Qeyd edim ki, işğal olunmuş Krımdan Donbasa qədər Rusiyanın “quru dəhlizi” təhlükə altındadır. Lakin Ukrayna Silahlı Qüvvələri bütün bu ərazilərə nəzarət edə bilir və artıq Rusiya ordusuna da xeyli sayda zərbə vurub. Hazırda, ruslar tərk etdikləri Xersonu atəşə tuturlar. Bunlar hərbi infrastruktura deyil, yaşayış məntəqələrinə, mülki obyektlərə edilən terror hücumlarıdır.

Mən hərbi ekspert deyiləm, amma aydındır ki, qış fəslinin başlamasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bir sıra manevrlər edib. Məhz bunun sayəsində, Xerson vilayətinin qalan hissəsinin azad edilməsi üçün yeni əməliyyatların başlanması real görünür. Dneprdən keçmək çətin olsa da, nə qədərki şaxtalar düşməyib, bunun reallaşması asan olacaq.

Sadəcə olaraq, ruslar indiki sərhəddə mövqelərini saxlaya bilməyəcəklər. Onlar, Krıma və ya ora yaxın bir xətt üzrə geri çəkilməli olacaqlar. Mənim fikrimcə, ruslar bir müddət quru dəhlizinə nəzarəti saxlamaq üçün əvvəlcə öz qoşunlarını o xəttə doğru çəkməyə çalışacaqlar. Şiddətli döyüşlərin olması qaçılmazdır. Bu xəttdəki məğlubiyyətdən sonra onlar Krımda dirənib qalacaqlar.

- Sizcə, Rusiya asanlıqla Krımı Ukraynaya təslim edəcək? 

- Xeyr, Rusiya nəsə vermək fikrində belə deyil. Biz gərək silah yolu ilə Krımı qaytaraq. Biz ümid edirik ki, ruslar elə ilk zərbədən qaçmış olacaqlar. Amma Krımdakı hərbi əməliyyatların qeyri-nisbi qərarlar və böyük qurbanlar tələb etməsi bizlərə ötən əsrin tarixindən bəri məlumdur.

Putin üçün Krımın itirilməsi simvolik zərbədir. O, ordusunun yarımadadan çıxmasının qarşısını almaq üçün bütün gücünü səfərbər edəcək. Ruslar Krımdan belə imtina etməyəcəklər. Mən Kremlin son anda Ukraynanı nüvə silahı ilə hədələyəcəyini istisna etmirəm, hətta Rusiya bunu Krımdan kənarda belə istifadə edə bilər. Bu da əminəm ki, Moskvadakı irqçi rejimin süqutunu sürətləndirəcək.

Krımın işğaldan azad edilməsi çox güman ki, bizim qoşunların rusları Xerson və Zaporojye vilayətlərindən sıxışdırıb çıxarmasından sonra baş tutacaq. Rusların Krımda tükənəcək “həyat yolu” yalnız Krım körpüsü üzərində olacaq. Çaxnaşma və humanitar böhran yaranacaq. 

Onu əlavə edim ki, Ukrayna Krım körpüsünü, eləcə də işğal olunmuş Krımda yerləşən rus hərbi bazalarını qanuni hərbi hədəf hesab edir. Böyük ehtimalla biz körpünü dağıda və rusların Krımdan qaçmasını sürətləndirə biləcəyik.

Bundan əlavə, Krımın “sonraya buraxılacağı” ssenari ehtimalı var. Ukrayna Silahlı Qüvvələri isə səylərini Donbasın azad edilməsinə yönəldəcək. Luqansk vilayətində hücum əməliyyatlarının dinamikası növbəti “böyük əməliyyat”ın məhz orada baş verəcəyini göstərir.

-Krım strateji olaraq Ukrayna üçün nə anlama gəlir? 

-Ukrayna üçün Krım strateji baxımdan Qara dəniz mərkəz nöqtəsinin əhəmiyyətli hissəsinə nəzarət edir. Ruslar Krımı tərk edəndə bizə atəş açan öz donanmasını  Novorossiyskə köçürməli olacaqlar. Hər halda, onlar donanmanın bir hissəsini orada tərk edəcəklər, çünki düşmən gəmiləri Krıma hücumda prioritet hədəf sayılır.

Ukraynanın donanması yoxdur. Lakin Kiyev fəal şəkildə dəniz üzərində pilotsuz uçuş aparatlarını inkişaf etdirir. Qərb tərəfdaşları ilə əməkdaşlıqda biz təkcə yüklərin daşınması üçün dəhlizlər, o cümlədən “taxıl dəhlizləri”, həm də hərbi karvanlar da təqdim edəcəyik. Bundan əlavə, biz Rusiya gəmilərinin ovuna başlayacağıq.

Krım bir simvol kimi də önəmlidir. Krımın ilhaqı ilə Putin 2014-cü ildə Ukrayna ilə müharibəyə başladı. Bu, onun ən böyük “geosiyasi/tarixi qələbəsidir”. Onun şəxsi avtokratiyasının mifologiyası Krım ətrafında qurulmuşdu. Krımın itirilməsi halında Putinizmin bütün ideoloji, paradiqmatik konstruksiyası çökməsə də, fundamental çat verəcək.

- Müharibənin miqyasının artması gözlənilir, yoxsa daha kiçik döyüşlərdə davam edəcək?

-  İndi bəzi KİV-lərdə mövcud cəbhə xətti boyunca müharibənin dondurulmasının müəyyən “Koreya versiyasına” nail olmaq ehtimalından danışırlar. Ya da böyük hücum əməliyyatları olmadan cəbhəni düzəltmək və aşağı intensivlikli müharibə aparmaq haqqında məlumatlar dərc edilir. Rusiya həqiqətən belə bir ssenarinin həyata keçirilməsində maraqlıdır. Kreml bu təklifi müxtəlif yollarla Qərb tərəfdaşlarına çatdırır. Kütləvi raket zərbələri və İran PUA-nın elektrik şəbəkəsinin dağıdılması məqsədilə istifadəsi Kiyevi danışıqlara məcbur etmək məqsədi daşıyır.

Bununla belə, Ukrayna rəhbərliyi düşünür ki, ruslar üçün istənilən “möhlət” gələn ilin yaz və yay aylarında yeni hücum üçün onlara bir şansdır. Putinin resursları tükənir, ordusu döyüşə hazır deyil, əhalidə narazılıq və aqressiya artır. Mən inqilab və ya çevrilişdən bəhs etmirəm. Çünki bunun baş tutmasına inamım yoxdur. Mən sonda Rusiyanın dağılmasına səbəb olacaq iğtişaşlar və talanlardan danışıram.

Əgər Putin Ukrayna ordusunun hücumu azaltmadığını və Krıma doğru irəlilədiyini və ya Donbası uğurla azad etdiyini görərsə, o, Şərq və Cənubdakı Ukrayna Silahlı Qüvvələrini geri çəkmək və  silah təchizatını dayandırmaq üçün Belarusdan Kiyevə və Volın istiqamətində yeni bir işğala cəhd edə bilər. Son vaxtlar düşmən qüvvələrinin toplandığı Zaporojya istiqamətində rus ordusunun əks-hücum cəhdi etməsi də istisna deyil.

Ona görə də, fikrimcə, müharibə çətin ki, ləng formada keçsin. Əksinə, Kiyev və ya Moskvanın “böyük hücuma” əl atmaqla vəziyyəti öz xeyrinə həll etməyə çalışması üçün hər cür şərait var. Ukrayna müharibəni dondurmaqda maraqlı deyil və hücuma keçəcək. 

Digər bir məqama toxunmaq istərdim. Məncə, bu müharibədə biz hələ zirvəyə, yəni qarşıdurmanın ən yüksək nöqtəsinə yaxınlaşmamışıq. Biz yalnız ikinci mərhələni müşahidə edirik. Ən yüksək kəskinləşmə nöqtəsində istənilən variant mümkündür və nüvə zərbəsi də istisna edilmir. Amma Ukraynaya qarşı və ya Ukraynanın hüdudlarından kənarda Qərbə təzyiq göstərmək üçün taktiki nüvə silahından istifadə belə Ukraynanın təslim olmasına gətirib çıxarmayacaq. Bu, Kiyevin vahid mövqeyidir və bu, Ukrayna cəmiyyəti tərəfindən tam təsdiqlənir. Biz bir millət olaraq fiziki varlığımız üçün savaşdayıq və bu müharibənin uğurlu sonu yalnız bizim qələbəmiz, ardınca Rusiyanın derashizasiyası nəticəsində mümkündür.

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı