“Ermənilər konvensiya qaydalarını pozaraq hərbi əsirə işgəncə verib, bu, bir cinayətdir” İsrailli ekspert

Müsahibələr 14:53 15.04.2023
“Bütün bunlar heç də irəliləyiş və ya dəyişikliyə səbəb olmayacaq. Bu hərəkərlətin heç bir xeyri olmayacaq”.
 
Bu fikirləri Ednews-a açıqlamasında israilli ekspert, ictimai-siyasi xadim Barux Leviyev Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərinə verilən  işgəncələrdən danışarkən səsləndirib. O, bildirib ki, biz arzulayırıq ki, bütün region sülh içində yaşasın, lakin bu cür insidentlər sülh prosesinə böyük maneə törədir. 
 
"İstənilən müharibə, istənilən qarşıdurma, hər hansı xüsusi və hərbi əməliyyat, necə adlandırılmasından asılı olmayaraq, o qədər mürəkkəb, gözlənilməz bir prosesdir ki, həmişə böyük insan iztirablarına, hər iki tərəf üçün istisnasız olaraq dağıntılara və itkilərə səbəb olur. Bir çox insanlar yaxınlarını itirərək belə bir bədbəxtliklə üz-üzə dayanırlar.
 
Mən Qafqazdan olan bir insan kimi, İsrail və Azərbaycan xalqları arasında dostluğun təbliği ilə məşğul olan bir şəxs kimi bu gün Ermənistanla Azərbaycan arasında baş verənləri heç görmək istəməzdim. Mən istərdim ki, bütün region çiçəklənsin, insanlar sülh və əmin-amanlıq içində yaşasınlar. Ancaq təəssüf olsun ki, necə deyərlər, hər şey Uca Tanrının iradəsidir. Olan artıq olub və biz sadə insanlar olaraq hər zaman bu cür faciələri minimuma endirmək üçün əlimizdən gələni etməliyik”,-deyə o, əlavə edib.
 
Onun sözlərinə görə, Ermənistanın özünə gəldikdə, bu, həqiqətən də onlar üçün sərfəli olmayacaq: 
 
"Burada mən bu hadisəni qınayan bir çox ekspertlərlə razıyam. Yenə də deyirəm, bu cür hadisələr, heç bir irəliləyişə və ya dəyişikliyə səbəb olmayacaq. Bütün bunlar, yaxşı nələrsə vəd etmir, əksinə, regionda Azərbaycan və Ermənistan arasındakı hazırda baş verən bütün vəziyyəti daha da gərginləşdirəcək ”.
 
Sonda ekspert fikirlərini bu sözlərlə tamamlayıb:
 
“Hərbi münaqişələr, müharibə, hərbi əməliyyatlar zamanı baş verənlərlə bağlı belə bir konvensiya hazırlanıb ki, orada hərbi əsirlərin hər hansı saxlanması, onlara işgəncə verilməsi beynəlxalq hüququn pozulmasıdır və ciddi humanitar nəticələrə səbəb olur. Bizdə müharibədən əvvəlki vəziyyət, müharibə dönəmindəki vəziyyətlər də var və hər kəs çox gərgindir. Burada ortaq bir vəziyyətimiz var. Bir şeyi deyə bilərəm ki, mən İsrailin xarici işlər naziri ilə şəxsən tanışam və əminəm ki, o, indi yanımda olsaydı, bu sualı ona verərdim. Təbii ki, o da belə bir şeyi pisləyəcək, çünki bizimlə Azərbaycan arasında həqiqətən çox dostluq münasibətləri var”.
Ülviyyə Şahin
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı