“Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ermənilərin 2020-ci il müharibəsi reallığı ilə barışmamasının qaçılmaz nəticəsidir”.
Bunu britaniyalı politoloq Patrik Volş Ednews-a Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin mövcudluğunu de-yure və de-fakto inkar edənlərə bir xəbərdarlıqdır:
“Bu, Azərbaycan dövlətinin beynəlxalq hüququn və milli suverenliyin həyata keçirilməsini gerçəkləşdirən icraedici güclə regiondakı vəziyyətin göstərmiş olur. Ermənilər indi vəziyyətlərinin reallığı və Ermənistanda multikultural dövlətin yaxşı vətəndaşı, yaxud da sadəcə Ermənistanda adi erməni olaraq yaşamaq istəyi ilə üz-üzədirlər. Onlar iki seçim arasındadırlar və yaxşıdır ki, onların seçimi var. 1990-cı illərdə azərbaycanlıların belə bir seçimi olmayıb. O zaman azərbaycanlıların seçimi ya qaçmaq, yaxud da ölmək idi. Onların seçimi seçim olmalıdır. Buna görə təəssüf edirəm”, deyə britaniyalı ekspert sonda vurğulayıb.
Ülviyyə Şahin