"Ərdoğan gələcək yüz ilin planını hazırlayıb" Yunus Oğuz

Müsahibələr 15:05 16.05.2023
 Yunus Oğuz: "Türkiyə vətəndaşlarında dövlətə və dövlət başçısına bir güvənlik var"
 
Müsahibimiz "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzdur.
 
-Yunus bəy, Türkiyədə keçirilən prezident və parlament  seçkilərinin  nəticələrini necə qiymətləndirirsiniz?
 
-Türkiyədə keçirilən prezident  və parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirdi. Bəzi qüvvələr arxayın idilər ki, seçkilərdə  Kamal Kılıçdaroğlu 70 faiz səslə qələbə qazanacaq. Ona görə də ermənilər Rusiyanın dəstəyi ilə mayın  11-də  Zod tərəfdən hücuma keçdilər, lakin burunları ovuldu. Fələstin və İsrail arasında problemlər ortaya çıxdı. Bu hadisələrin fonunda İran Fələstində düyməni basdı və orada yaratdığı terror təşkilatları fəaliyyətə keçdi. Çünki arxayın idilər ki, Ərdoğan uduzur, Kılıçdaroğlunun köməyilə Türkiyədə Orta Dəhliz yaradılacaq.  Ardınca məsələlər bir az da qəlizləşdi. Artıq məlum idi ki,  Kılıçdaroğlunun  başında  Avropanın  durduğu dəstəsi elə də çox səs yığa bilməyəcək. Ona görə də Brüssel görüşünün keçirilməsi reallaşdı. Bu görüşdə isə heç bir rəsmi sənəd imzalanmadı. Sadəcə razılıq oldu ki, ərazilər 1991-ci il Alma-ata razılaşması əsasında tanınsın. Bir tərəfdən bu bizim qələbəmizdir ki, ən azından Ermənistan 88 min kvadrat kilometrlik ərazimizi tanıyır. Lakin, məlumduir ki, SSRİ vaxtında Ermənistanın ərazisi 9 min kvadrat kilometr olub. Sonradan Azərbaycanın əraziləri hesabına 20 min kvadrat kilometr əldə ediblər. Bu baxımdan görüşün nəticələri ürəkaçan olmasa da, nəzərə alaq ki,  ərazilərimizi mərhələli şəkildə əldə edirik.
 
Türkiyədə keçirilən seçkilərə gəldikdə bizdə bir gözəl atalar məsəli var: "Ova gedən özü ovlandı". Kılıçdaroğlugil ova gedirdilər, lakin özləri ovlandılar. Əslində onlar arxayın idilər ki, 60-70 faiz səs toplamaqla parlamentdə də üstünlük təşkil edəcəklər. Amma seçkilər göstərdi ki, Türkiyədə sağ mərkəzçilər çox güclüdür. Ərdoğan 322 səslə faktiki olaraq parlamentdə üstünlük qazanıb. Bunu zəruri edən bir sıra səbəblər var. Qeyd edək ki, Türkiyədə  xalqın dövlətə və dövlət başçısına güvənliyi var. Hər bir vətəndaş dövlətindən güvənlik istəyir ki, rahat, azad, arxayın  şəkildə yaşasın. Digər səbəblər milli təhlükəsizlik, ərazi təhlükəsizliyi, iqtisadi yüksəlişdən ibarətdir. Hazırda Türkiyənin iqtisadi vəziyyəti hamının gözünün qarşısındadır. Kılıçdaroğlunun dəstəsi deyirdi ki, iqtisadiyyatda infilyasiya problemi var. Bundan istifadə edib Türkiyəni Avropanın ağzına atmaq istəyirdilər. Yəni, Avropa, Amerika nə desə, Türkiyə onunla getsin. Əslində infilyasiya dünyanın bütün ölkələrində var. Hətta deyirlər Amerikanın dolları da çökəcək. Seçkilər göstərdi ki, Türkiyədə insanlarda bir inam yaranıb. Baxırlar ki, Türkiyə düzgün siyasətini aparır. İqtisadi yüksəlişə nail olub, demək olar ki, bütün terrorçuları ərazisindən qovub, PKK-nı sıradan çıxarıb. Camaat da görür ki, ölkədə əminlikdir. Vaxtilə  nəinki mərkəzdə, hətta Trabzonda terror aktı törədilirdi. Artıq bunlara son qoyulub. Bu seçkilər bir məsələni də ortaya qoydu, sağ təmayülçülər Türkiyənin ötən seçkilərdə girə bilmədiyi ərazilərə girdi. Faktiki olaraq İstanbulu CHP ələ almışdı, indi də bələdiyyə başqanları orada durur, Antaliya, Ankara, İzmir, Adana kimi böyük şəhərlərdə əsas qüvvə CHP-çilərdə idi. İndi isə sağ təmayülçülər ən çox səsləri həmin ərazilərdən alırlar. Bu o deməkdir ki, artıq sağçılar rahat və güvənli həyat yaşamaq istəyirlər. Deməli artıq orada yaşayan etnoslar özlərini kənara çəkmirlər, bu dövlətin bir hissəsi olduqlarını nümayiş etdirirlər. Xatırlayırsınızsa, Şenər təbliğatında deyirdi ki,   gəlib başbakan olacam. Əslində bunları  şişirdib buraxmışdılar, lakin birdən partladılar. Ən bərkgedən partiyaların sədrləri Böyük Millət Məclisinə düşmədilər. Kılıçdaroğlu, Şenər, Əhməd Davudoğlu, Əli Babacan, Bülənd Arıc parlamentə düşə bilmədilər. Onlar tam qələbə qazanacaqlarına arxayın idilər, düşünürdülər ki, parlamentdə təmsil olunmaq onlara lazım deyil. Lakin seçkilər göstərdi ki, əhali söz oyunu oynamaq istəmir, seçicilər tükü tükdən seçir. Ərdoğanın üstün səs toplamasının bir səbəbi də siyasi məsələlərlə bağlıdır. Eyni zamanda ölkədə hərbi güc var. Hazırda Türkiyə hansısa hərbi texnikanın müəyyən hissəsini xaricdən almır, özü istehsal edir. Çünki hərbi sənayesi inkişaf edib. Xalq bunları gördüyündən Ərdoğana səs verdi. Seçkilərdən üç gün əvvəl sosial şəbəkədə yazmışdım ki, Türkiyənin prezidenti Ərdoğandır. Bunu hesablayıb demişdim, amma Ərdoğanın rəqibləri heç nə hesablamayıblar. Hətta adlarını da millət vəkili siyahısına salmadılar, bir də gördülər ki, heç parlamentə düşməyiblər. On siyasi partiyanın sədrinin parlamentə düşməməsi çox maraqlı məsələdir. Bu baxımdan düşünürəm ki, bu seçkilər Ərdoğana tam şans verdi və Ərdoğan yenə də qələbə çalacaq.
 
-Ərdoğanın prezident seçiləcəyi ilə bağlı hələ də təzadlı fikirlər var. Seçkilərin ikinci turundan nə gözləyirsiniz?
 
-Prezident seçkilərinin ikinci turunda da Ərdoğan qalib gələcək. Mən deyirəm ki, prezident Ərdoğandır. Çünki parlament onların əlindədir, Ərdoğandan başqa seçilən prezident hansı qərarı qəbul etsə parlamentdə baykot ediləcək. Bu isə sözün əsil mənasında xaos deməkdir. Hamı elə bilir ki, Sinan Oğan 5 faiz səsini verməsə  Ərdoğan elə 49 faizdə qalacaq. Əslində elə deyil, Sinan Oğan səsini versə də, verməsə də Ərdoğan seçiləcək. Sinan Oğanın tərəfdarları bitərəf olsalar da millətçi kəsimdirlər, ona görə iki nəfər arasında seçimlərini etməlidirlər. Sinan desə ki, Kılıçdaroğluna tərəf gedir, o da düşəcək quyunun dibinə. Nəzərə almaq lazımdır ki, orda FETO- çu, PKK, terrorçular, dədəsini tanımayanlar var. Artıq Kılıçdaroğlu gəmisindən qaça-qaç düşüb. Belə getsə onlar ortada qalacaqlar, artıq məlumatlar gəlir ki, onlar "Cümhür İttifaqı"na tərəf gəlirlər. Onlar bayraqdırlar, qələbə haradadır, ora da gedəcəklər.
 
-Ərdoğan Avropanın planlarını puça çıxartdı, eynu zamanda, dünyaya göstərdi ki, demokratik seçkilər keçirmək iqtidarındadır. Belə bir şəraitdə Türkiyə dünyanın hegemon dövləti rolunu oynaya bilərmi?
 
-Əslində Türkiyə bu yolla gedir. Ərdoğan bəyan etdi ki, seçkilərin nəticəsini gözləmədən Türkiyənin yüz illik planını hazırlayırıq. Bu o deməkdir ki, yüz ilə Türkiyə hegemon dövlət olacaq. Bunu bir-iki ilə reallaşdırmaq olmur. Bir dəfə də demişdim ki, artıq dünyanın geosiyasəti dəyişib. Bax, bu həmin geosiyasətin tərkib hissəsidir. Avropa dövlətləri Brüssüldə də əmin oldular ki, Paşinyanın başından vurmaq lazımdır. Makron nə qədər çalışdı ki, üçtərəfli görüşdə iştirak etsin, lakin imkan vermədilər. Dedilər ki, sən ora gəlib aləmi bir-birinə vurursan, danışıqlar pozulur. Özü də bunu Rusiyanın fonunda edirlər. Brüsseldə danışıqlar elə bir vaxtda başladı ki, Rusiyanın 4 qırıcı təyyarəsi Bryanskda vuruldu. Rusiyanı oradan, Paşinyanı da buradan sıxırlar ki, Zəngəzur yolu açılmalıdır. Bu məsələdə iqtisadi potensialına, əhali sayına görə aparıcı dövlət Azərbaycandır.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı