Bu evdə Nuru Paşanın yadigarı olan xəncər saxlanılır MÜSAHİBƏ

Müsahibələr 17:35 18.05.2023
Bu gün Beynəlxalq Muzeylər Günüdür. Paytaxtımız Bakı da muzeylərlə zəngin şəhərlər sırasındadır. Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Xalça Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Miniatür Kitablar Muzeyi və s. çoxumuzun tanıdığı və ziyarət etdiyi mədəniyyət ocaqlarındandır. 
 
Bakının ən qədim hissəsi İçərişəhərin tarixi küçələrində maraqlı bir ev muzeyi yerləşir. Çoxunun xəbərsiz olduğu bu “Şəcərə” ev muzeyi bir içərişəhərli ailənin timsalında xalqımızın qədim adət-ənənələrini, həyat tərzini, milli-mədəni irsini yaşadır. 
 
Ednews muzeyin qurucusu, Rəssamlar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Mələk Xanım Hacıyeva ilə olan müsahibəni təqdim edir: 
 
 
- İçəri daxil olarkən xüsusi memarlığı ilə seçilən evin tavanı, divar dolabları, pəncərələri, qapıları bir daha qədim bir məkanda  olduğumuzu xatırlatdı. Evin tarixi və muzey barədə məlumat verə bilərsinizmi? Belə bir ev muzeyi yaratmaq ideyası hardan doğdu?
 
- İçərişəhərdə Hacıyevlər nəslinin yaşadığı bu qədim ev 20-ci əsrin əvvəllərinə məxsusdur. 2005-ci ildə Dünya Bankının maddi dəstəyilə qrant layihəsi əsasında "Şəcərə" ev-muzeyi kimi geniş ictimaiyyətə təqdim edilib. Bu layihə ilə ölkədə ilk şəcərə muzeyinin əsası qoyulub. Əvvəllər “Xalq sənəti evi” adlanırdı. 1915-ci ildə Hacı Şıxəli Hacıyev tərəfindən atası Hacı Əli-Əşrəfə məxsus mülkün həyətində inşa olunub. Muzeyin yaradılmasında məqsəd qədim içərişəhərli bir ailənin, nəslin tarixini, adət-ənənəsini, məşğuliyyətini, yaşam tərzini araşdırmaq, toplamaq, bir araya yığmaq və gələcək nəsillərə ötürmək olub. 2015-ci ildə 100 illiyi qeyd olunanan bu evin ikinci mərtəbəsində yaradılan muzey 3 nəsli əhatə edir. 
 
 
- Yaratmış olduğunuz muzeydə nələri sərgiləyirsiniz?
 
- “Şəcərə” ev muzeyi üç hissədən - “Qədim dövr”,  “Balaban” və “Şəbəkəbənd” hissələrindən ibarətdir. 
 
“Qədim dövr” bölməsində, əsasən, XIX əsrin ortaları və XX əsrin əvvəllərinə aid əşyalar nümayiş olunur. Burada dünyaşöhrətli tikmələrimizi əks etdirən milli geyim nümunələri, tirmə arağçınlar, güləbətin işləməli tumanbağlar, daraq qabı, möhürqabı, qədim sap nümunələri, düymələr, sancaqlar, qədim parçalar, baftalar, şəbəkəbəndlər və s. toplanıb.
 
İçərişəhərlilərin xarakterik cəhətlərindən biri də özlərinə və ailələrinə qarşı diqqətli olmalarıdır. Məhz bu baxımdan kolleksiyada toplanmış qadın aksesuarları içərisində evin xanımı Tubu xanima xas sürmədan, kirşanqabı, ətir şüşəsi, mücrü, güzgü, yelpinclər və s. diqqəti cəlb edir. 
 
 
Eyni zamanda, ailənin istifadə etdiyi «Kuznetsov» farforlu çini qablar - kasalar, masquralar, plovçuxurlar, nəməkdanlar, düşbərəxorlar, buludlar və s., çay dəstinə aid nəlbəkilər, buludlar, qənddanlar görə bilərsiniz. Bütün bu əşyalar o dövrün süfrə mədəniyyəti haqqında geniş məlumat verir. Onu da qeyd etmək istəyirəm ki, müxtəlif zamanlarda Bakını ziyarət etmiş səyyah, alim və yazıçıların xatirələrində Bakı mətbəxi haqqında məlumatlara rast gəlinir. İçərişəhərdə  plov növlərindən fisincan plov, toyuq plov, səbzi plov, südlü plov çox sevilirdi.  Lakin xəmir xörəkləri, xüsusən xəmiraşı, düşbərə, qutab, sulu xəngəl, quru xəngəl, gürzə ailə başçılarınin ən çox sevdiyi xörəklər olduğundan xanımlar bu təamları böyük həvəslə  hazırlayardılar. Sevindirici haldır ki, bu xörəklər bu gün də içərişəhərlilər tərəfindən sevilə-sevilə hazırlanır. Şirniyyat kimi çox vaxt şəkərbura, paxlava, şəkər çörəyi, süd çörəyi, fəsəli, şorqoğalı Bakı şirniyyatları arasında yer alır. Xörəklər hazırlanarkən mis qazanlardan, tavalardan, süzgəc, kəfkir, çömçədən, su qablarından istifadə olunurdu. İçərişəhərdə evlər inşa olunarkən evin bacası mətbəxdə tikilərdi. Bəzi evlərdə bu günə qədər qorunulub saxlanılmış bu bacalar  mətbəxin  havasını təbii yolla tənzimləyir. 
 
 
Muzeyin “Qədim dövr” bölməsində həndəsi və nəbati naxışlarla bəzədilmiş miskərlik nümunələri, o cümlədən, satıl, dolça, məcməyi, sini, tava, teşt,  qazan, qablama, kəfkir, ərsin, sərpuş, cam, birəlli parc, və digərləri nümayiş olunur. Eyni zamanda qiyməkeş, şiş, maşa və tərəzilər. Burada eyni zamanda evin xanımının toxudugu sənət nümunələrinə də rast gəlinir. Bütün bunları seyr edərkən həmin dövrdə Azərbaycan mətbəxi haqqında müəyyən təsəvvür yaranır. 
 
- Maraqlıdır, bu qədim evə alınan ilk əşya nə olub? 
 
- Evə alınan ilk əşya kamod olub. Onun üzərində lampa – evin çırağı qoyulurdu. İçərişəhərdə ev tikilən kimi evə ilk alınan əşyalardan biri çıraq olardı. Çıraq evi həm işıqlandırar, həm qızdırardı, həm də mənəvi cəhətdən evi qoruduğuna inanırdılar. 
 
 
- Qeyd etdiniz ki, “Şəcərə” ev muzeyinə qonaqlar, əcnəbi turistlər gəlir. Ziyarətçilərin marağını ən çox cəlb edən eksponat hansıdır? 
 
- Diqqəti daha çox çəkən eksponatlardan biri üzərində ay-ulduz və ərəb qrafikası ilə yazılı türk sultanlarının möhuru həkk olunmuş Nuru Paşanın yadigarı olan qəmədir (kiçik xəncər). Qəməni Nuru Paşa özü Hacı Şıxəliyə 1918-ci ildə ermənilər tərəfindən törədilən Bakı qırğınları zamanı türk əsgərlərinə göstərdiyi qayğı və isti münasibətə görə, hörmət əlaməti olaraq hədiyyə etmişdi.
 
 
 
- Maraqlıdır, nəyə görə muzeyin bir hissəsini məhz balaban alətinə həsr etmisiniz? 
 
- Balaban tütək mənşəli qədim nəfəsli musiqi alətidir. Balabanın yaranma tarixi eramızdan əvvəlki dövrə təsadüf edir. Boru şəkilli bu alətin doqquz səs dəliyi var. Bunlardan səkkizi alətin üst, biri isə alt tərəfində yerləşir. Alətə nazik qamışdan düzəldilmiş enli müştük taxılır. Balabanın uzunluğu müştüksüz təxminən 25-26 sm olub, əsasən, ərik ağacından düzəldilir.
 
Xalq mahnılarını, milli rəqsləri və qədim muğamları ifa edərkən ansamblın tərkibində iki balabançı yer alır. Onlardan biri əsas melodiyanı ifa edir, digəri isə onu müşayiət edir. 
Atam Məmməd Naib Hacıyev öz dövrünün tanınmış balaban ustası olub. Burada onun hazırladığı nəfəsli musiqi alətlərimizdən balaban, tütək, qara zurna, balaban qamışı, klarnet müştüyü və s. görə bilərsiniz. 
 
 
Alətlərlə yanaşı onları hazırlayarkən atamın istifadə etdiyi vasitələri də toplamışam. Maraqlı burasıdır ki, atam ifa etdiyi musiqi alətlərini də çox vaxt öz əllərilə hazırlayırdı.
Burada onun şəxsi əşyaları və tanınmış müsiqiçilərlə çəkilən şəkilləri ilə də tanış ola bilərsiniz. Məmməd Naib Hacıyevin ifaları AzTV-nin “Qızıl Fond”unda qorunan tanınmış musiqiçilərdən Əməkdar artist Bəhruz Zeynalov və vertuoz musiqiçi Ələkbər Əsgərovla lent yazıları var, onları da burada sərgiləyirəm. 
 
 
- Evinizdə şəbəkəbəndləri nümayiş etdirirsiniz. Bu qədim sənət növü haqqında çoxları məlumatsızdır. 
 
- Dekorativ tətbiqi sənət növlərindən olan şəbəkə sənəti Yaxın və Orta Şərq memarlığında xüsusi yer tutur. Azərbaycanda zərgərlik, xarratlıq və metalişləmə sənətində də bundan geniş istifadə edilib. Zərgərlikdə şəbəkə üsulu ilə bəzək əşyaları – qolbaq, sinəbənd, sırğa və s. hazırlanar, memarlıqda isə bu üsuldan qapı, pəncərə, arakəsmə hazırlanmasında, məscidlərdə minbərlərin düzəldilməsində istifadə olunardı. Bu üsulla milli geyimlərimizə bəzək əşyası kimi əlavələr edilər, müxtəlif formalı süfrələr, pərdələr  toxuyardılar. Bu üsul dünya şöhrətli tikmələrimiz olan təkəlduz, güləbətin, piləgə və s. arasında öz yerini tapıb. Şəbəkəbənd üsulu bu gün də öz gözəlliyi, zərifliyi və füsunkarlığı ilə istər zərgərlik, istər memarlıq, istərsə də tikmələrimiz arasında böyük maraqla qarşılanır.
 
 
 
- Mələk xanım, bəs, özünüz şəbəkəbənd toxumaqla məşğul olursunuzmu?
 
- Əlbəttə, sevdiyim və məşğul olduğum sənət növüdür. Əl işlərimlə beynəlxalq sərgilərdə, festivallarda iştirak etmişəm, mükafatlar qazanmışam. Yaratdıqlarımı nümayiş etdirməkdə məqsədim bu sənət növünü unudulmasının qarşısını almaq, muzeyi zyarət edənləri bu unikal sənətlə tanış etməkdir. 
 
 
- Muzeyi yaratmaqda qayəniz nə idi? 
 
- Əsrlər boyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmuş Bakı, qədim İçərişəhər tarixi nöqteyi-nəzərdən bizlər üçün xüsusi önəm daşıyır. Düşünürəm ki, onun canlı tarixini qorumalı və yaşatmalıyıq. Müəllifi olduğum “Şəcərə Evi” muzeyi də bu qayəyə xidmət edir. Xalqımızın adət-ənənələri, həyat tərzi, etnoqrafiyası daha dərindən araşdırılmalı, öyrənilməli, və gələcək nəsillərə ötürülməlidir. Bu gün də müasir ailə məişət münasibətlərində keçmişdən qalan adətlərin izlərini görürük. Azərbaycanlıların ailə məişətində bu adətlərin yaşaması, bu gün də davam etdirilməsi xalqimizin öz soy kökünə bağlılığına dəlalət edir. Cənab Prezident İlham Əliyev 2019-cu ilin  martında İçərişəhər sakinləri ilə görüşündə demişdi ki, “İçərişəhər bizim tarixi yerimizdir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. Əmanətə sahib çıxmaq isə borcumuzdur”.
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı