"NATO Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunun uğuru üçün Kiyevə dəstəyini maksimum dərəcədə artırmalıdır”.
Bu çağırışla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
Hələ qış aylarında bəzi siyasi ekspertlər Rusiya Ukrayna cəbhəsində müharibənin yay aylarında daha geniş vüsət alacağını proqnozlaşdırırdılar.
Blinkenin bu açıqlaması onları haqlı olduğunu bir daha sübut edir.
Bundan sonra hadisələr hansı istiqamətdə davam edəcək?
Məsələ ilə bağlı Ednews-a danışan ukraynalı hərbi ekspert Vadim Tryuxan açıqlamasında bu münaqişədə Rusiyanın heç cür uğur qazanmaq şansının olmadığını bildirib.

“Hazırda Rusiyanın döyüş meydanlarında heç bir irəliləyiş və ya uğur şansı yoxdur. Eyni zamanda, bu, Ukraynanın bir sıra uğurlu əks-hücum və hücum əməliyyatları keçirmək şanslarını artırır. Rusiya üçün bu, uzaqlaşmaq, məsələni sona çatdırmaq, heç olmasa qalan "üzünün qalıqlarını" xilas etməyə çalışmaq üçün bir siqnaldır”.
Mütəxəssis həmçinin müharibənin artıq dərinləşdiyi barədə fikirlərini bildirib və Rusiya tərəfindən son hücum xəbərləri barədə məlumat verib.
“Əslində müharibə artıq dərinləşib. Bu, xüsusilə Ukraynanın paytaxtı Kiyevə aiddir. May ayında İranın “Shahed”i və Rusiya istehsalı olan müxtəlif qanadlı və ballistik raketlərlə 18 hava hücumu həyata keçirilib. İyunun 2 günü ərzində artıq bu gün baş verən Shahed raketlərindən istifadə etməklə həm raket, həm də qarışıq 2 hücum olub”.
T.Vadim bu hücumları Rusiyanın Ukraynaya hücumunu bərpa etmək üçün uğursuz cəhdi ilə əsaslandırdı.
“Bu, Rusiyanın son gücü ilə Ukrayna hücumunu bərpa etməyə çalışdığını göstərir, lakin Ukrayna öz hava hücumundan müdafiə qüvvələrini gücləndirdiyinə görə ruslarda heç nə alınmır, "raşistlər" Ukrayna səmasını yarıb keçə bilmirlər. Ukrayna R16-nı aldıqdan sonra ruslar raket və hava texnikasından istifadə edərək hər hansı müdaxilələrini unutmalı olacaqlar”.
Proqnoz verərək, ekspert yay aylarında Rusiyanın məğlubiyyətlə üzləşəcəyini düşünür.
“Mənə elə gəlir ki, yay və payızın ilk aylarında Rusiya döyüş meydanında böyük məyusluqlarla üzləşəcək və mümkündür ki, Ukrayna müvəqqəti olaraq işğal olunmuş ərazilərin əksəriyyətindən rusları sıxışdırıb çıxarsın”.
Nurlana Hacıyeva