“Qərb Ermənistan tərəfinin rəvayətlərinə daha çox inanır, ona görə Azərbaycan daha çox səy göstərməlidir”.
Bu sözləri Ednews-a açıqlamasında Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun professoru, politoloq Laslo Vasa bildirib.

O, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın yolunun bağlanmasını haqqında dediyi iddiaları şərh edib.
Ekspert hesab edir ki, liberal dünya mətbuatı və Qərbin ictimai rəyi ermənilərin dəhlizindəki vəziyyətlə bağlı nağıllarına inanmağa meyllidir.
“Ciddi humanitar məsələlər Qarabağ bölgəsinin blokadasına görə hələ də ermənilərin nəzarətində olan rayonları təhdid edir. Bu, açıq-aşkar doğru olmadığına görə, Azərbaycan real vəziyyəti sübut etmək üçün daha çox səy göstərməlidir”.
V.Laslo onu da qeyd edib ki, Qarabağda vəziyyətin sülh yolu ilə nizamlanması üçün səy gostərmək Ermənistanın əvvəllər razılaşdırıldığı şərtlərin yerinə yetirilməsidir və bu halda onun passivliyi qəbuledilməzdir.
“Azərbaycan Qarabağdakı vəziyyətin sülh yolu ilə və danışıqlar yolu ilə nizamlanması üçün birmənalı olaraq ciddi səylər göstərir ki, bu da əslində Ermənistanın əvvəllər razılaşdırdığı şərtlərin yerinə yetirilməsi deməkdir. Çin, Rusiya və Avropa İttifaqı da danışıqlara təkan verir, çünki bir tərəfdən ermənilərin passivliyi Qafqaz regionunda daimi münaqişə nöqtəsi qoyması qəbuledilməzdir, digər tərəfdən isə bu güclər regionda mövqe qazanmaq istəyirlər”.
Nurlana Hacıyeva