Vüsalə Balayeva: “Həmin doğum günümü qəmgin keçirtdim” - AD GÜNÜ SÖHBƏTİ – ÖZƏL - FOTOLAR

Müsahibələr 10:00 23.09.2023

Bu gün Ednews saytının baş redaktoru, jurnalist Vüsalə Balayevanın doğum günüdür. Bu münasibətlə həmkarımızı, iş yoldaşımızı təbrik edir, işlərində uğurlar arzulayır və onunla ad günü müsahibəsini təqdim edirik:

- Sizcə, insanın yaşını yaşadıqları göstərir?

- Məncə, hər bir insanın üzündə yaşadıqları əks olunur, qırışlarla, gözlərinin dərinliklərində gizlənən kədərlə. Bəzi insanlar var ki, deyir, gülür, amma onların diqqətlə gözlərinə fikir versəniz, gözlərində bir qəm hiss olunar. Ataların bir sözü var, ağ gün adamı ağardar, qara gün adamı qaraldar. Xanım tanışım vardı, hardasa 10 il idi ki, onu görmürdüm. Sonra bir dəfə gördüm, anama dedim ki, filankəsin rəngi niyə qaralıb, o, əvvəl elə deyildi. Anam qadının 10 ildə nələr yaşadıqlarını danışdı. Düşündüm ki, ataların sözü onun simasında özünü tapmışdı.

- Ad günləri sizin üçün nə qədər əhəmiyyətlidir? Xüsusi bir özəlliyi varmı?

- Əslində ad günlərimdə özümü xüsusi hiss etməmişəm. Uşaq olandan bu belədir. Qızım 1 ay əvvəldən ad gününü düşünür, ona hansı hədiyyə alacağımızın xəyalını qurur. Ad günü adi günlər kimi keçib mənim üçün.

ec82bcb2-11b3-456f-80dc-d438eb1e06b3.jpg

- Uşaq vaxtı həyəcanla gözləməmisiniz ki, axşam atam evə gələndə hədiyyə gətirəcək...

- Hədiyyə gözləmişəm. Atam, onsuz da məni ərköyün böyüdüb. İstədiyim hər şey qarşımda olub. Bəlkə də hədiyyələri çox almışam deyə bu hal adiləşib. Anam bağça müəlliməsi işləyib. Yadımdadır, uşaq olanda anam məni məktəbə qədər iş yerinə aparırdı. O bağçada yetim, kiməsiz, ailəsi tərəfindən tərk edilən uşaqlar tərbiyə alırdı. O uşaqlara birgə oynayırdıq. Çox acı taleli uşaqlar vardı. O vaxtlar bunları başa düşmürdüm. Anam danışardı sonralar o uşaqların hekayələrini. Anam hər maaşını alanda Maştağada böyük bir oyuncaq dükanından mənə oyuncaq alırdı. Atam da həmçinin. O, həmişə gələndə mənə hədiyyələr gətirirdi. 

- Heç unuda bilmədiyiniz ad gününüz olub?

- Ad günümə az vaxt qalmış, xəbər gəldi ki, xalam dünyasını dəyişib. Ona anam deyirdim. O qədər əziz və doğma idi mənə. Həmin il ad günümdə bacımın toyu olacaqdı. Qara xəbər bütün planları dəyişdi. Hər bir şey təxirə düşdü. Həmin ad günümü qəmgin keçirtdim. 

ba5d7eb9-e717-40e1-ad5b-77db760f2439.jpg

- Ad günlərinizdə bir arzu tutursunuzmu?

- Hər zaman. Təbiətcə ambisiyalı bir insanam. Ad günlərimin səhərində gələn il üçün nə istəyirəmsə qarşıma məqsəd qoyuram. İlk olaraq arzu olur, daha sonra isə arzumu məqsədimə çevirir və onun üzərində çalışıram. Çox vaxt da bu arzularımı reallaşdırıram. 

- Baş redaktor kimi, Azərbaycan mediası haqda nələr düşünürsünüz?

- Arzu edirəm ki, jurnalistika sahəsində təzə addımlarını atan gənclər daha çox çalışsınlar. Bizim vaxtımızda jurnalistlər daha çalışqan idi, aramızda rəqabət vardı. Mənim baş redaktorum yazımı redaktə edəndə öz yazımı və redaktə edilmiş yazını müqayisə edir, bilmədiyimi soruşurdum. İndiki gənc jurnalistlər yazılarının redaktə olunmuş variantına baxmır. Bizim redaksiyaya BDU-dən, Xarici Dillər Universitetindən tələbələr praktika üçün gəlirlər. Bu şəraiti onlar üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu yaradır. Onların arasından yetişdirdiyimiz jurnalistlər də olub. Ki, bu gün onların bəziləri müxtəlif media orqanlarında çalışırlar. 

Söhbətləşdi: Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı