Xəbər verdiyimiz kimi, Erməni separatçılarının Xocavənddə yerləşdirdiyi minanın partlaması nəticəsində 7 azərbaycanlı polisin şəhid olmasından sonra Azərbaycan Müdafiə Nazirliyi Qarabağda “Antiterror tədbirləri” elan edib.
Nəticə də Azərbaycan Qarabağda qalan ərazilərini azad etdi və Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ ermənilərinin nümayəndələri arasında Yevlax şəhərində görüş keçirildi.
“Azərbaycan Beynəlxalq Qətnamələrə əsaslanaraq Qarabağı azad etdi”
Ednews xəbər verir ki, bunu Mərkəzi Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı Dr Abdo Tarabik “France 24” telekanalına müsahibəsində bildirib. O, qeyd edib ki, bu görüş, yeni mərhələnin başlanğıcıdır.
Bunun növbəti görüşün vaxtı təyin olunmayıb lakin düşünürəm ki, görüş qarşıdan gələn həftə də baş tutacaq .
“Azərbaycan “Antiterror tədbirləri” keçirməklə Cənubi Qafqazı real bir faktla qarşı qarşıya qoydu. Çünki 2020-ci il müharibəsi nəticəsində Azərbaycan Qarabağı əhatə edən 7 şəhəri azad etdi, düşünürdüm ki, üçtərəfli bəyanatda göstərilən müddətdən (5 il) sonra bu münaqişə bitəcəkdir lakin regional şərait (Rusiya- Ukrayna müharibəsi , Ermənistan xarici siyasətini Qərb və ABŞ a yönələtməsi, Ermənistan ABŞ ilə birgə hərbi təlimlər) bütün bunlar Qarabağ torbaqlarını azad edilməsində Azərbaycana kömək etdi və erməni separatçıları qalib olan Azərbaycanın şərtlərini qəbul etməyə məcbur etdi”.
Bu hərbi tədbirlərdə Rusiyanın mövqeyindən danışan doktor Tarabik bildirib ki, 1994-cü ildəI Qarabağ müharibəsində Ermənistanın qələbəsində Rusiyanın böyük rolu olub, lakin Ermənistanın Qərbə yönəlməsi səbəbindən vəziyyət bu şəkildə dəyişib.
“ Ermənistan KTMT vasitəsilə siyasi cəhətdən Rusiyadan asılı idi, lakin Rusiya prezidenti Vladimir Putin verdiyi açıqlamada bəyan etmişdir ki, Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğunu vurğlayıb və bu Ermənistanın suverenliyi ilə heç bir əlaqəsi olmadığını bildirib buna görə də nə Rusiyanın, nə də KTMT də hər hansı ölkə Ermənistanı dəstəkləmək üçün müdaxilə etmək hüququ yoxdur”.
Türkiyənin Azərbaycana siyasi və iqtisadi dəstəyinin səbəblərindən danışan tədqiqatçı bildirib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Azərbaycanla tarixi və mədəni əlaqələri, olması həmçinin Türkiyə və Azərbaycan arasında müttəfiqlik və dostluq sazişi “Şuşa Bəyannaməsi” imzalanması və hər iki ölkənin Türk Dövlətlər Təşkilatın da üzv olması Türkiyənin Azərbaycana dəstək vermək də böyük rolu olub.
“Türkiyə bu məsələyə son qoymaqla Avropaya ən qısa yol olan Zəngəzur dəhlizi vəsitəsilə Azərbaycan və Asiya ölkələri arasında coğrafi davamlılıq yaratmağa çalışır buna görə 3+3 platformasının yaradılmasını təklif edib”.
Azərbaycanın bu hərbi tədbirləri ilə bağlı Avropanın mövqeyindən danışan Tarabik bildirib ki, Avropanın Azərbaycana təzyiq etmək üçün kartları yoxdur.
“Xüsusən də Azərbaycan2020-ci ildə müharibəyə başladığı zaman Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni yerinə yetirirdi. Qarabağ torpaqları Azərbaycandır və Ermənistan özü Azərbaycan ərazisinin bir hissəsi kimi Qarabağı tanıyır”.
Loğman Yunis