Türk hökuməti, milli müdafiə büdcəsini 2024-cü il üçün 150 faiz artıraraq 16 milyard dollardan 40,5 milyard dollara çıxardıb. Türkiyə Parlamentində isə İraq və Suriyaya qoşun yeritmək və ya əsgər göndərməklə bağlı təlimatların 2 il daha uzadılması ilə əlaqədar qanun qüvvəyə minib.
Əlavə olaraq son baş verən proseslərlə bağlı Türkiyənin Ön Asiya siyasəti nədir? Türkiyənin Cənub siyasəti nəyə əsaslanır?
Məsələ ilə bağlı türkiyəli siyasi ekspert İsmayıl Cingöz Ednews-a açıqlamasında vurğulayıb ki, ABŞ Türkiyə eyni hərbi alyansda olmasına baxmayaraq Türkiyəyə qarşı siyasət yürüdür:
“Türkiyənin Cənub siyasəti ilk olaraq PKK problemini həll etmək və öz fiziki sərhədlərini qorumaqdan ibarətdir. Çünki 80-ci illərdən bu yana PKK terror təşkilatı Suriya və İraqın şimalında terror fəaliyyətlərini oradan başladıb. Daha sonra Türkiyə PKK başçısı Öcalanı həbs etməyi bacararaq hazırki dövrə qədər mübarizəsini davam etdirib. Ərəb baharının Suriyaya təsiri və ABŞ-ın İraqı işğal etməsi nəticəsində bu ərazilər poliqona çevrilib.
Ona görədə Türkiyənin xarici siyasətində cənub sərhədləri əsas məsələyə çevrilib.
Türkiyənin cənuba qarşı quru və hava əməliyyatları BMT-nin 51-ci maddəsi nəzdində beynəlxalq hüquqa uyğun şəkildə baş tutub. Son zamanlarda baş verən proseslərlə bağlı Türkiyə hərbi büdcəsini artırıb. Bu normal haldır.
Terror təşkilatlarını dəstəkləyən ABŞ-ın türk PUA-nı vurmağı isə münasibətləri daha da gərgələşdirib.
Hazırda isə ABŞ, İsrail-Fələstin münaqişəsi bəhanəsilə Şərqi Aralıq dənizində geosiyasi dəyişiklər etdiyi üçün Türkiyədə öz naudexini qorumaq siyasəti yürüdür”.
Siyasi ekspert son olaraq qeyd edib ki, Türkiyənin əsas cənub siyasəti öz cənub sərhədlərini terror təşkilatlardan və poliqon zonada baş verən bütün hərbi problemlərindən qorumaqdır.
Xəyal Ramiz