Ərdoğanın İsrail-Həmas münaqişəsi ilə bağlı çıxışları son vaxtlar gündəmi zəbt edib. Əvvəlcə o, HƏMAS-ı mücahid qruplaşması kimi təsvir etdi. Daha sonra İstanbulda Fələstinə dəstək aksiyası keçirdi. Qeyd edək ki, münaqişədən əvvəl hər iki ölkə (İsrail və Türkiyə) normallaşma prosesinə başlamışdı.
Ərdoğanın iddialı və qalmaqallı çıxışları türk diplomatiyasının yaxın gələcəyinə necə təsir edəcək? Bu, onun vasitəçilik fəaliyyətinə təsir edəcəkmi?
Türkiyəli siyasətçi İsmail Cingöz Ednews – a verdiyi açıqlamasında deyib ki, Türkiyənin bu cür mövqe tutmasında səbəb, Qərbin digər terror təşkilatlarına qarşı tutduğu mövqedir.
“Türkiyə HƏMAS – ı “mücahid” adlandırarak əslində dünyaya bir mesaj göndərmək istəyir. Çünki Türkiyə “PKK” – nın Suriya qolu olan “PYD” – ni terror qruplaşması olaraq adlandırarkən, ölkənin bir neçə Qərbdəki müttəfiq ölkələri qruplaşmanı İŞİD - ə mübarizə aparan bir təşkilat adlandırdığı üçün HƏMAS – a qarşı belə mövqe sərgilədi. Türkiyə Ukrayna – Rusiya müharibəsində olduğu kimi tərəfsizliyini olduqca müdafiə edərək iki tərəflə də dialoq və məsləhətləşmə yolu ilə vasitəçilik rolunu hazır nöqteyi – nəzərdən göstərə bilmişdi. Lakin tərəflərdən indiyə qədər Türkiyənin vasitəçi olmasına dair heç bir işarə gəlməyib. Həmas – İsrail qarşıdurmasının arxa planında ABŞ olduğu hamıya barizdir. Çünki regionda öz mövqeyini itirməyə başlamışdı. İsrail eyni zamanda Hayfa gəmi limanını Çinin istifadəsinə verərək müəyyən razılaşmalarla, müttəfiqlik dövrünə girmişdi. Bütün bu dövr Yaxın Şərqdə ABŞ – ın hegomon gücünün itdiyinin göstəricisi idi. ABŞ üçün Yaxın Şərq enerji dəhlizləri və regionun yüksək təbii ehtiyatları önəm kəsb etdiyindən onlar buraya müdaxilə etməsi ehtimalı yüksəkdir”.
Əlavə olaraq politoloq Türkiyənin beynəlxalq hüquq çərçivəsində fələstinlilərin haqqını qoruyacağını vurğulayıb, lakin mövcud siyasi gedişata hansı təsiri göstərəcəyini isə zaman göstərəcək:
“Sözsüz ki, baş verən qarşıdurma Yaxın Şərqi ələxsus da Türkiyəyə təsirini göstərdi. Ümumi baş verən proseslər diplomatiyasını kəsişmə nöqtəsinə gətirdiyi dəyərləndirilə bilər. Qüds Türkiyə üçün müqəddəs bir məkandır. Fələstinlə dini baxımdan yaxınlığı olan ölkənin, eyni zaman da İsrail ilə də müəyyən iqtisadi – ticari anlaşmaları vardır. Burada Türkiyənin əsas məqsədi Rusiya – Ukrayna müharibəsində olduğu kimi, vasitəçi ola bilməkdir. Türkiyənin Fələstin xalqına qarşı törədilən aktların qorunması nəzdində öz mövqeyini sərgiləyərək, beynəlxalq hüquqda bunun səsləndiriləcəyini vurğulayıb. Hadisələrin Türkiyə siyasətində necə cərəyan edəcəyini isə zaman göstərəcək”.
Beynəlxalq ekspert və Ceymstaun Fondunun idarə heyətinin üzvü, əvvəllər ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışmış Metyu Brayza isə açıqlamasında Ərdoğanın baş verən proseslərdən emosional olaraq təsirləndiyinə bağlayıb. O, hesab edir ki, dünyanın bütün diqqəti münaqişədə olduğu üçün Ərdoğana ciddi bir reaksiya olmayacaq:
“İsrail-Həmas qarşıdurmasının başlanğıcında, HƏMAS vəhşiliyi 1400 mülki İsrail vətəndaşının öldürülməsi ilə nəticələndi. Prezident Ərdoğan HƏMAS-ın bu hərəkətlərini qınadığını açıq şəkildə bildirdi. Ancaq gün keçdikcə İsrail Qəzzanın Fələstin əhalisinə qarşı kollektiv cəzalar tətbiq etdiyinə görə, o, prezident Ərdoğanı, emosional olaraq dəyişmiş kimi görünür. Və hesab edirəm ki, o, hərfi mənada öz siyasi partiyası “Ədalət və İnkişaf”ın adını götürür. O, Qəzzada Fələstin xalqına qarşı ədalətsiz və beynəlxalq humanitar hüquqa zidd davranıldığından qorxur. Və hər halda onun Qəzzada fələstinlilərə münasibətini səmimi, məncə pisləməsi onun Türkiyə ilə İsrail arasında gərgin olan münasibətləri normallaşdırmaq cəhdini mümkünsüz edir. Yadınızdadırsa, prezident Ərdoğan və baş nazir Netanyahu təxminən bir ay əvvəl, Nyu-Yorkda görüşmüşdülər. İndi də İsrail bütün diplomatlarını Türkiyədən çıxarıb. Prezident Ərdoğanın açıqlamalarına dünyanın qalan hissəsi necə reaksiya verəcək. Düşünmürəm ki, çox reaksiya olacaq, çünki dünya bu nöqtədə yalnız İsrail və Fələstinlilərə diqqət yetirir”.
Əkbər Novruz