29 il AzTv-də işləyən redaktor: “Radio mənim vətənimdir” – MÜSAHİBƏ - FOTOLAR

Müsahibələr 15:00 06.11.2023

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb.

Ednews bu münasibətlə uzun illər AzTV radiosunda fəaliyyət göstərmiş yazar Günel Natiqlə müsahibəni təqdim edir:

- Azərbaycanda televiziyanın yaranmasından 67 il keçir. Bu münasibətlə sizi  təbrik etmək istərdim. Siz də uzun illər AzTV-nin radiosunda çalışmısınız. Nələr söylərdiniz bu gün münasibəti ilə...

- Çox sağ olun, çox təşəkkür edirəm. Bu doğrudan da çox əhəmiyyətli tarixdir. Mən Azərbaycan Radiosunun tarixində ən gənc redaktor olmuşam, çalışmağa başlayanda 18 yaşım tamam olmamışdı. Ata-anam radioda tanış olub ailə qurublar, radio bir mənada mənim vətənimdir. Atam Natiq Səfərov radionun sovet dövründə ən orijinal və ən populyar proqramı olan “Natəvan” qızlar klubunun yaradıcısı və müəllifi olub. Bu proqrama görə “Qızıl qələm” mükafatına layiq görülüb. Anam Zümrüd Səfərova da gənc yaşlarından radioda redaktor kimi çalışıb. Mən də 1994-cü ildə, 17 yaşında ən gənc redaktor kimi fəaliyyətə başlamışam. Gənc olmama baxmayaraq, elə ilk illərdən uğurlar qazanmışam. Hər halda ilk müəllimim olan atamdan görüb-götürdüklərim mənə çox faydalı olub. 

- Kimlərlə birgə çalışmısınız?

- Radioda çox dəyərli insanlarla bərabər çalışmışam. Vaqif Əlixanlı, Məmməd Oruc, Xətayə Sahabbin, Gülbəniz Hüseynova, Vasib Hüseynəliyev, Dilşad Tahirqızı, Saday Budaqlı, Əli Məhəmmədoğlu... Bu insanların hər biri canlı söz sənət yaddaşıdır. Dünyasını dəyişən qələm yoldaşlarımız oldu - Əhməd Oğuz, Akif Səməd... Hər ikisi dəyərli söz adamıydı. Müsahib əvəzinə bəzən proqramlarımıza Əhməd bəylə Akif bəyi dəvət edirdik. Adlarının qarşısında sanballı titulları olan bir çox alimdən daha üstün səviyyədə təhlil aparırdılar. Azərbaycan Radiosu bu gün də öz nüfuzunu qoruyur. Bu gün də radiomuz mədəniyyət, mənəviyyat ocağıdır. Mən radiomuzun rəhbəri, söz-sənət bilicisi Rafiq Həşimovun əməyini, zəhmətini xüsusilə qeyd etmək istəyirəm. 

- Radioda işlədiyiniz günlərdə ən yadda qalan qonağınız kim olub?

- Azərbaycan Radiosunun proqramları həm mövzu, həm dəvət edilən qonaqların səviyyəsi baxımından həmişə seçilib. Biz sənətə, mədəniyyətə, mənəviyyata xidmət etmişik. Bu mənada qonaqlarımızı bir-birindən ayırmaq istəməzdim. Azərbaycan Radiosuna üz tutan hər bir həmsöhbətimiz bizim üçün dəyərlidir. Amma heç yadımdan çıxmayan bir müsahibəni qeyd etmək istərdim. Neçə neçə illər əvvəl qonağımız Qədir Rüstəmov idi. Onunla söhbətə başlayanda, “Sona bülbüllər” xalq mahnısını çox məharətlə ifa etdiyini vurğulayıb, bu mahnını necə lentə yazdırdığını soruşdum. Nədənsə ona elə gəldi ki, bu sualda onun heysiyyətinə toxunan, tənqidi bir çalar var. Ona görə inciyib studiyanı tərk etmək istədi. Qardaşı, ya hansısa qohumu yanındaydı. Qolundan tutub saxladı ki, ay kişi, bu qız səni tənqid eləmir, əksinə, tərifləyir. Son söz qeyri-adi qonağımızın xoşuna gəldi. “Tərifləyir?” deyə soruşdu. İkimiz də bunu təsdiq edəndən sonra yenidən əyləşdi, söhbətimizə davam etdik.

- Belə bir fikir də var ki, radioda çalışan aparıcıların sonra televiziyaya gəlməsi onlar üçün olduqca asan olur. Sizcə də bu belədirmi?

- Məncə, radio aparıcısının televiziyaya gəlməsi bir o qədər də asan olmur. Əlbəttə, həmişə belə fikir var ki, radio jurnalistləri televiziya jurnalistlərindən daha hazırlıqlıdır, çünki yalnız sözlə işləyirlər. Radiodan televiziyaya keçən jurnalistlər olub, amma çox az hissəsi uğur qazana biliblər. Çünki əslində radio və televiziya bir- birinə düşünüldüyü qədər də yaxın deyil. Televiziya daha çox incəsənətdir. Burda söz bəlkə də üçüncü, ya dördüncü rol oynayır. Mən televiziyada bir müddət işlədim və bizim incəsənətdən bəhs edən proqramımız xeyli uğur qazandı. Amma televiziya daha çox kollektiv işidir. Əgər kollektivdən biri axsadısa, yola davam etmək çətin olur. Radioda isə bir aparıcı proqramın öhdəsindən gələ biləcək gücdədir. Və televiziya daha böyük fiziki güc tələb edir. Buna baxmayaraq, radioda jurnalist özünü daha güclü hesab edir. Bu məsələyə bir çox aspektdən yanaşmaq olar, hələlik bunlarla kifayətlənək.

- Radio aparıcıları ilə bağlı dinləyiciləri narahat edən məqamlardan biri aparıcıların ciddiyyətini qorumamasıdır. Efirdən kənar söhbətlər edən aparıcıların radioda çalışmasını düzgün hesab etmirlər. Bu barədə nə düşünürsüz?

- Siz özəl radioların aparıcılarını nəzərdə tutursuz. Özəl radioların proqramlarını bəzən taksidə gedəndə təsadüfən eşidirəm. Demək olar ki, aparıcıların hamısı eyni səs tonunda, eyni üslubda danışır. Bu aparıcıları bir birindən fərqləndirən bir özəllik yoxdur. Aralarında yaxşıları da var. Amma bütün hallarda mən özəl radiolara 5 dəqiqə ardıcıl surətdə qulaq asa bilmərəm. Əlbəttə ki, efirin öz qayda-qanunları var və efir etikasını mütləq gözləmək lazımdır. 

- Hazırda hansı layihələr üzərində işləyirsiz?

- Hazırda radioda “Roman kimi” layihəsi üzərində işləyirik. Dünya sənət tarixinin əfsanəyə çevrilmiş məhəbbət hekayətlərini fərqli, səhnələşdirilmiş üslubda təqdim edirik. Bu layihədə eləcə də, bizi böyük qələbəyə aparan şəhidlərin və qazilərin həyat hekayətindən də bəhs edirik. Youtube-a yüklədiyim proqramlarda xeyli baxış sayının olduğunu görmək mənə stimul verir. Xüsusilə Əhməd Cavad və Şükriyyənin məhəbbət hekayətini dinləyənlərin minnətdarıq ifadə edən sözləri mənə ilham verməyə bilməz. 
Bundan başqa radionun ən uzunömürlü proqramlarından olan “Qərib axşamlar”ın da müəllifiyəm. 

- Yaxşı radio aparıcı olmaq üçün insandan nələr tələb olunur. Bu sənətə gəlmək istəyən gənclərimizə nələri örnək verərdiniz?

-Yaxşı aparıcı olmaq istəyən gənc ən əvvəl yaxşı təhsil almalıdır. Dünya ədəbiyyatını müntəzəm oxumalıdır. Yaxşı nitq qabiliyyətinə malik olmalı və bunu inkişaf etdirməlidir. Daim dünyagörüşünü artırmalıdır. Tələffüzünün üzərində işləməli və qüsurları aradan qaldırmağa çalışmalıdır. Və ən əsası, cəsarətli olmalıdır. Çətinlikdən qorxmaq lazım deyil, qorxuların üzərinə getmək lazımdır. Çox oxumaq, çox çalışmaq, çox öyrənmək bütün uğurların açarıdır. 

Söhbətləşdi: Oğuz Ayvaz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı