Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd edilir. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Bu münasibətlə Ednews TV-nin qonağı Vətən müharibəsinin qazisi Zakir İmanov olub.
"Müharibə başlayanda bir an belə tərəddüd etmədən cəbhəyə yollandım", - deyən qazi Füzuli, Zəngilan rayonları, Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib və 44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərib.
Azərbaycan dövləti Vətən müharibəsində qəhrəmanlıqlar göstərən digər döyüşçülər kimi Z.İmanovun da xidmətlərini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Z.İmanov "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sözügedən video-müsahibəni təqdim edirik:
Oğuz