Fikrət Sadıqın qızı: "Atam onunla gözləri ilə vidalaşdı" - MÜSAHİBƏ

Müsahibələr 16:30 16.11.2023

Bu gün mərhum şair Fikrət Sadıqın anım günüdür. Ednews şairin qızı, yazıçı Aysel Fikrətlə müsahibəni təqdim edir.

- Atanızı necə xatırlayırsınız? 

- Bütün qız övladları kimi atama çox bağlı idim. Zamanla bu bağlılıq böyük bir eşqə döndü. Onunla aramızda sevgi bağı indi də qırılmaz olaraq qalır. Mən indi də onun müdrik baxışını, səssiz gözlərini hiss edib görürəm. Atamın təmiz insan olmağı, biz övladlarına olan sevgisi bu bağı yaratmışdı. Əgər mən onda yaşadığı dövrdə bir dəfə olsun yalan görsəydim, insanlara, həyata yad düşüncələr hiss etsəydim, bəlkə də bu qədər sevməzdim. Adi olardı düşüncələrim. Yalnız atam qeyri-adi tərzdə pak, təmiz, həqiqətsevər idi. Onu bir mələk kimi görürdüm. Özümü dərk etdiyim gündən bu günə qədər. Bu həqiqətdir heç bir şişirtmə yoxdur.

- Ata kimi necə biri idi? 

- Biz övladlarını çox sevirdi. Ailədə dörd övlad idik. Hər birimizlə ayrı-ayrlıqda maraqlanırdı. Atam düz adam olduğundan bizi də sadə böyüdüb. Heç vaxt dəbə, şöhrətə yaxın qoymayıb. Onun üçün biz yalan danışmayanda, bir insana mərhəmət edəndə daha çox ucalırdıq. Təhsilə önəm verirdi, cürbəcür oyuncaqlar, hər yaşımıza uyğun kitablar alırdı. Oğlanlara qarşı sərt idi. Məni çox əzizləyirdi. Atam bizi çox sevirdi. Pis günlərimiz onu dünyada olmayanda belə narahat edir. Mən bunu həmişə duymuşam. Öz ailəsini erkən yaşından itirmişdi demək olar. Anam, bir də biz onun üçün həm Ana Ata bacı qardaş idik. Atam bizimlə nəfəs alırdı. Bizi xoşbəxt görmək istəyirdi. Bir az başı bəlalı uşaqlar olduq.

- Sərt idi? Qadağaları olurdumu?

- Sərt idi atam, evdə heç gülməzdi. Baxmayaraq dostları onu baməzə xatırlayır. Əlbəttə hər ata kimi qadağaları var idi. Qardaşlarım evə gec gəlməsin, dərslərə laqeyd olmayaq - bu sayaq qadağalar, bütün atalar kimi. Anam gözəl Azərbaycan dili müəllimi olsa da, atam onu işləməyə qoymamışdı. Bizə baxmağını istəmişdi.

- Hər şairdən sevdiyimiz bir şeir olur. Fikrət Sadıqın hansı şeirini sevirsiniz? 

- Atamın "Əks səda" şeiri var. Onu çox sevirəm. "Cığır" şeiri var. Onu səsləndirmişəm də.

Dərə keçib dağ aşıram, 

Yamaclara dırmaşıram. 

Bir tərəfim dağ, uçurum, 

Bir tərəfim qalın meşə. 

Fikirliyəm mən həmişə, 

Mən ot basmış bir cığıram, 

İnsan üçün darıxıram.

Bir parça həmin şeirdəndir. Sonra onun silsilə Payız şeirləri var. Hər biri bir tablodur.

- Fikrət Sadıqla bağlı maraqlı bir xatirənizi bölüşməyinizi istərdik...

- Atamla bağlı hər günüm bir xatirədir. Mən uşaq vaxtı tez- tez xəstə olurdum. Atam ağ saçlı idi. Məhəllədə qohumlarda hamının atası mənə həqiqi gəlmirdi. Həqiqi ata ağ saçlı olur deyirdim. Bir dəfə atam uzağa getmişdi. Zəng etdi bir neçə dəfə mən ona hədiyyələr tapşırdım. Gəmi, qatar, təyyarə. Atam sonra mənə şeir yazmışdı:

Balaca Ayselə zəng etdim.

Mənə upuzun qatar al dedi ,

Bir də zəng etdim Balaca Ayselə,

mənə yepyekə gəmi al dedi,

bir də zəng etdim balaca Ayselə,

mənə təyyarə al dedi.

Bütün bu arzular körpə ürəyin,

görüş həsrəti deyil bəs nədir, 

Bilirəm, qızım bilirəm, 

Gəlirəm, qızım gəlirəm.

Ən gözəl xatirələrim onun səfərdən gəldiyi anlarla bağlıdır.

 - Fikrət Sadıq bəzən qiymətini lazımınca almamağından narahat deyildi ki?

- Bəlkə də amma bunu biz özümüz anlayırdıq bu barədə danışmazdı. Atam yaxşı insan idi, uzun gözəl ömür yaşadı. Son günə qədər düşüncəsi tükənmədi. O xoşbəxt şair idi. Haqqını almadı demək düz olmaz. Atamın adı gəldikdə hamının üzündə hörmətlə, təbəssüm oyanır. Haqqı başqa necə almaq olar bu dünyada? Siz o adları nəzərdə tutursunuzsa... Hə elə oldu nə etmək olar. Bir dəfə Bir Mədəniyyət ocaqlarının birində divar boyu şəkillər gördüm. Həmin müəsisə kitab satışı ilə məşğul olurdu. Gördüm heç yerdə atamın şəkli yoxdur. Dedim nə əcəb 60-70-ci illər şairlərin içində Fikrət Sadıq yoxdur. Oranın rəhbəri bir sağa baxdı bir sola. Mənə belə bir söz dedi ki, Aysel xanım divarda yer yoxdur, kimin şəklini çıxarırsız burdan özünüz çıxarın şəkli asaq. Baxdım atamdan yadigar qalan bu gözəl şairlərə. Susdum və getdim. Sonra həmin idarə dağıldı. Heç indi yoxdur. Amma atama olan haqsız münasibəti çox yerdə mən özüm də hiss edirəm. Sadəcə yerində cavabların hansısa addımla yerindəcə cavablayıram. Bu barədə danışmağı sevmirəm. Mənə görə bu halları yox, gözəllikləri, onu sevənləri görmək lazımdır. Məsələn, onu o qədər sevən, xatırlayan, xatırladanlar var ki...

- Ölüm anını necə xatırlayırsınız?

- Bu gün kimi.15-dən 16-na keçən gecə idi. Atam həmin an gözlərini məndən qaçırdı. Bir də danladı məni kiçik oğlum ikinci sinifdə oxuyurdu onunla getmişdim deyə. Dedi uşağı niyə gətirmisən. Kiçik qardaşım gəldi atam üçün dua oxuyurdu. Onunla gözləriylə vidalaşdı, bağrına basıb öpdü. Sonra Orxan gəldi yalnız onunla görüşə bilmədi deyə çətin danışsa da telefonda onu yenə çağırdı. İndi başa düşürəm ki, bizimlə vidalaşırdı. Amma mən lap yanıdaydım. Üzümə baxmırdı. Gözlərini qaçırırdı. Əllərini öpürdüm. Bir mələk kimi uçdu. Şairlər İlahi qüvvələrlə idarə olunur. Sanki hansısa qüvvə bizə dedi ki, o daha sizin deyil. Atamın ətri belə indi də burnumdadır. Mələk ətri.

Söhbətləşdi: Oğuz Ayvaz

Qazilər Birliyinin sədri Asəf Əliyev: "Hələ də müharibə şəraitində yaşayan ölkəyik"

Xəbər xətti

"Əqrəb mövsümü"nün ikinci hissəsi çəkilir
02:12 02.12.2023
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
ABŞ Rusiyaya qarşı sanksiyaları ARTIRDI
00:39 02.12.2023
"Bayer" 29 ildən sonra rekordunu təkrarladı
23:29 01.12.2023
İsrail ordusu 200-dən çox hədəfə zərbə endirdi
23:00 01.12.2023
Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
22:37 01.12.2023
Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb
22:22 01.12.2023
Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub
22:11 01.12.2023
“Sumqayıt”ın Müşahidə Şurasında yeni sədr
21:54 01.12.2023
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
21:36 01.12.2023
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
Güləşçilərimiz 1 qızıl və gümüş medal QAZANDILAR
21:20 01.12.2023
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
21:00 01.12.2023
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və  “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
20:51 01.12.2023
Ceyhun Bayramov II Avropa Konfransında Ermənistanın sülh prosesinə törətdiyi maneələrdən danışıb
20:42 01.12.2023
Türkiyə bu hədəfini iki dəfə artırıb - Ərdoğan
20:26 01.12.2023
Rusiya ordusu bu şəhəri tamamən ələ keçirdi
19:57 01.12.2023
Azaflı kəndində ünvanlanan 4 müraciətin 1 səbəbi “Açıq mikrofon”da
19:54 01.12.2023
"Anadolu" agentliyinin əməkdaşı Qəzzada öldü
19:48 01.12.2023
Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur
19:40 01.12.2023
“AtraBank”ın keçmiş sədri həbs olundu
19:31 01.12.2023
Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva
19:22 01.12.2023
Fransada məmurlara “Telegram”, “WhatsApp” QADAĞAN EDİLİB
19:14 01.12.2023
Venesuela Prezidenti dekabrda Rusiyaya səfər edəcək
18:58 01.12.2023
Türkiyə bütün böhranlarda bərabərlik üçün çalışıb - Ərdoğan
18:49 01.12.2023
Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda saxlanıldı
18:40 01.12.2023
Naxçıvanda 11 məktəbə direktor təyin olundu
18:31 01.12.2023
Körpünü vurmaq üçün mükəmməl vaxtdır - Jdanov
18:22 01.12.2023
Ermənistanda qəza: hərbçi öldü
18:12 01.12.2023
Prezident: “Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı məmnunluq doğurur”
17:49 01.12.2023
Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM
17:46 01.12.2023
Qazilər Birliyinin sədri Asəf Əliyev: "Hələ də müharibə şəraitində yaşayan ölkəyik"
17:38 01.12.2023
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
17:31 01.12.2023
Qərb Putini devirməyə çalışır? - Rusiyalı ekspertdən AÇIQLAMA
17:15 01.12.2023
İstanbulda yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qəbul keçiriləcək
17:07 01.12.2023
Azərbaycanda pul bazası son bir ildə 1.6 milyard manat ARTIB
Azərbaycanda pul bazası son bir ildə 1.6 milyard manat ARTIB
17:04 01.12.2023
Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?
16:54 01.12.2023
Putin Rusiyaya edilən bomba hücumuna  görə günahlandırır
Putin Rusiyaya edilən bomba hücumuna görə günahlandırır
16:46 01.12.2023
İlham Əliyev Dubayda Pakistan rəsmisi ilə görüşdü
16:40 01.12.2023
Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər - VİDEO
16:32 01.12.2023
Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir
16:22 01.12.2023
Şoyqu: Ukrayna əks hücumda 125 min hərbçi itirib
16:20 01.12.2023
Hamısı