Azərbaycanda niyə axund qadınlar yoxdur? -Gender Mütəxəssisindən SƏBƏBLƏR

Müsahibələr 15:15 17.11.2023

“Biz evdə qul xislətli qızlar böyüdürük, daha sonra isə lider qadın axtarırıq”.
Bu fikirləri  gender mütəxəssisi Kifayət Ağayeva Ednews-a açıqlamasında zamanı deyib.  O, əlavə olaraq qeyd edib ki, Azərbaycanda qadın hüquqları yetəri qədər deyil. 


“Azərbaycanda qadınlar üçün yüksək vəzifələrdə çalışmaq çox böyük  rəqabət tələb edir və qadınlarımız bunun öhdəsindən gələ bilmir. Qadınların karyera və təhsil sahəsində inkişaf etməyi bir çox hallarda ailələrində problem yaşamaqlarına səbəb olur. Biz düşünürük ki, qadınlara  işləmək hüquqi verilib və bu genişləndirilib. 


Maraqlıdır, bəs qadınların çalışması üçün hansı şərait yaradılıb? Heç bir. Çünki qadın işlədiyinə görə ev işlərindən azad deyil. Beləliklə qadın evlənərək ikiqat həm ailə, həm də iş məsuliyyəti daşıyır. Çox az istisnalar varki, qadını işlədiyinə görə həyat yoldaşı kömək edir və ya başa düşüb anlayırlar”. 


Gender mütəxəssisi vurğulayıb ki, Azərbaycanda olan radikal feminist hərəkatları bu cür minitqlərlə heçnəyə nail ola bilmiyəcəklər:


“Azərbaycanda feminist hərəkatları demək olar ki yoxdur.

Baş tutan qadın aktivistlərin mitiniqləri isə nəinki qadın hüquqlarını qoruyur, əksinə əsk cinsin üzərinə ləkə salır.

Açığını desəm mən onların mübarizə üsulunu bəyənmirəm.

Çünki onlar feminizmdən xəbərdar deyillər. Ümumiyyətlə, çox insan feminism anlayışını səhv anlayır.

Feminizmin çox qolları var, amma əsas qollarından biri də liberal feminizmdir ki, Azərbaycanda da liberal feminizmin ideyalarına çox ehtiyyac var. Mövcud qurumlar istər iqtisadiyyat, istər təhsil, istər din, istərsə də siyasi sahədə hər iki gender üçün ədalətli və bərabər olmalıdır. Məsələn biz məscidlərdə qadın axund görmürük. İctimaiyyətdə qadınların qadın olduqları üçün axund və ya başqa ruhani təbəqəyə yüksəlməsi yaxşı qarşılanmır. Əsas problem peşələrin cinsiyyətə görə bölünməsindən qaynaqlanır. Hərbi sahədə bir qadın general vəzifəsinə yüksələ bilmir və ya bir kişi dayə işləmir. Əsas məsələ onun cinsiyəti yox bacarıq və qabiliyəti priritet olmalıdır”.


Mütəxəssis qeyd edib ki, Azərbaycan patriarxal quruluşlu cəmiyyətdir:


“Əksər hallarda qadınar evdə xidmət edirlər.

Ailənin hər iki fərdinin işləməsinə baxmayaraq, işdən gəldikdən sonra qadınlar ev daxilində belə işləyirlər. Kişilər isə istirahət edir. Biz evdə qul xislətli qızlar böyüdürük, daha sonra lider qadın axtarırıq. Ailədə qız oğlan iş bölgüsü edilməməlidir. Qərb ölkələrində hətta bu cür seksist və linquvistik danışıqlara görə ailə böyükləri cərimə olunurlar.

Ümumiyyətlə ailə institutunda köklü dəyişikliklər etmək lazımdır. Hər övlada və fərdə bərabər hüquqlu insan kimi baxmaq lazımdır. Təəssüf olsun ki, Azərbaycanda feminizm deyərkən yalnız radikal feministləri görə bilirik.

Onlar kişisiz cəmiyyət görmək istəyirlər və bu mümkünsüz olan bir şeydir. Azərbaycanda feminizm çirkaba bulaşıb.

Qadınlarımız və qızlarımıza təhsil verməliyik.

Bərabərliyin ən əsas təməli budur. Digər tərəfdən qadınlara iqtisadi asılılığı olmamağı öyrətmək vacibdir”.


Xəyal Ramiz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı