"İran və Rusiyanın anti-Qərb sazişi sadəcə özünü göstərmək nümunəsidir" - Sədrəddin Soltandan iddialı AÇIQLAMA

Müsahibələr 16:45 07.12.2023

Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında keçirilən görüşdə RF XİN başçısı Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian birtərəfli sanksiyalara qarşı saziş imzalayıblar. Bu bəyannamə ilə Rusiya və İran hansı nəticələrə nail ola bilər? Onların birgə mübarizəsinin hansısa effekti mümkündürmü? Əlavə olaraq ABŞ - ın bu regionda, İrana sanksiyalar fonunda aktivləşməsini görə bilərikmi?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Ednews - a açıqlamasında bu əməkdaşlığın iki ölkə üçün aparıcı olmayacağına toxunub:

“Rusiya ilə İran arasında iqtisadi yardımların rəsmi həcmi o qədər də böyük deyil. Cari ilin ilk 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 67mln dollar olub. Bu o deməkdir ki, hər iki ölkə də bir – biriləri üçün elə də böyük bazar rolunda çıxış etməyib. Hər iki ölkənin əsas bazarı Çin və Hindistan sayılır. Bu sanksiyalara qarşı birgə mübarizə aparmaq sazişi daha çox siyasi – hərbi istiqamətə yönəldiyini ehtimal edirəm. Çünki həm İranın, həm də Rusiyanın texnoloji imkanlarını nəzərə alsaq, bir – birləri üçün aparıcı olduğunu söyləmək mümkün deyil, hər iki ölkənin hərbi texnikası həm mənəvi, həm də fiziki cəhətdən qocalıb. Rusiyanın bir çox müəssisələrindəki texnoloji avadanlıqlar, Qərb ölkələrinin şirkətlərinə məxsus idi. Odur ki, onların Qərb - ə qarşı birgə siyasi – hərbi və müəyyən mənada iqtisadi bir blok kimi fəaliyyət göstərəcəyi istisna olunmur. Sonradan bu bloka ayrı – ayrı ölkələrin qoşulması isə əlbəttə ki, mümkündür”.

Ekspert həm də qeyd edib ki, bu blok yaratmaq cəhdi sadəcə özünü göstərmək nümunəsidir və uğurlu konsepsiya ola biləcəyi şübhəlidir:

"Bununla həm də İranın Rusiya ilə Ukrayna cəbhəsində birgə fəaliyyət göstərdiyi artıq təsdiqlənir. Eyni zamanda İranın HƏMAS – a yardım etməsi, Suriya və İraqda ABŞ – ın hərbi bazalarına hücumlarda birbaşa iştirakı kimi müəyyən xəbərlər, faktlar, onu deməyə əsas verir ki, yaxın zamanlarda İrana yeni sanksiyaların tətbiqi istisna olunmur. Eləcə də eyni aqibət Rusiyanı da gözləyir. Bu baxımdan Moskva ilə Tehran, ABŞ və onun müttəfiqlərinin sanksiyalarına qarşı müqavimət göstərməyə çalışacaqlar. Eləcə də birlikdə mübarizə konsepsiyası hazırlanacaqdır. Ola bilər ki, perspektivdə İran humanitar sahələrinin əməkdaşları, idman sahəsi və mədəniyyət xadimlərinin Qərbdəki fəaliyyətlərinə məhdudiyyət qoyulsun. Bu halda Rusiya ilə İran tərəfi əməkdaşlıq edə bilər. Lakin hadisələr sübut edir ki, Rusiya və İranın Qərbə qarşı başqa ölkələrlə yaratmağa çalışdığı əməkdaşlıqlar uğursuzluqla nəticələnib. Çünki Rusiyanın sponsorluq etdiyi təşkilatlar dağılır. Beləliklə də bu blok əhəmiyyətsizdir. Bu sadəcə beynəlxalq cəmiyyətə özünü göstərmək nümunəsidir".

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı