Azərbaycan siyasətçiləri Navalnının ölümü haqqında nə düşünür? - SORĞU

Müsahibələr 10:00 22.02.2024

Aleksey Navalninin ölümü sözsüz ki, bütün dünyada böyük bir səs-küyə səbəb oldu. Fərqli bir sıra mülahizələr ortaya atıldı, lakin hələlik yekun qərar yoxdur.

Bəs Azərbaycan siyasətçiləri bu hadisə ilə bağlı nə düşünürlər?

Ednews partiya sədrləri və deputatlar arasında sorğu keçirib:

Ağ Partiyanın sədri Tural Abbaslı:

“Bu hadisə təbii ki, Rusiyanın yaxın gələcəyinə neqativ anlamda təsir edəcək hadisələrdən biridir. Ona görə ki, son illərə baxdığımızda görə bilirik ki, Rusiya cəmiyyətində Putinə alternativ yetişdirməkdə xeyli geriləmələr var. Hərçənd Navalni dünya səviyyəsində tanınmış, Putin əleyhdarı bir daxili müxalif bir lider idi. Onun ölümü Rusiyanın demokratiya yolunda inkişafını xeyli ləngidəcək. Hazırda hadisənin hansı yolla baş verdiyini zaman göstərəcək. Lakin Putinin necə bir lider olduğunu və idarəetmə metodunu bilən hər kəs bilir ki, bu təsadüf olmaya bilər. Hər-halda bu demokratiyaya böyük zərbədir. Boris Nemtsov, Aleksey Navalni kimi bir sıra liderlərin ölümü ilə birlikdə, hazırda da potensial liderlərin qıtlığı var. Artıq əks – düşüncəni toplayacaq bir şəxs yoxdur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Navalninin bu ölümü Rusiyada ilk siyasi xarakterli qətl deyil. Buna kimi Putinə qarşı çıxan müxalif olan iş adamları, xüsusi orqanların əməkdaşları dünyanın hansı hissəsində olmalarından aslı olmayaraq öldürülüb. Bu muasir Rusiya üçün çox xarakteristik bir hadisədir. Təbii ki, Navalni Putinə qarşı müxalifətin başında duran əsas həlledici liderlərdən biri və bir simvol idi. Onun çıxışları, çağırışları vasitəsilə Rusiyanın müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirilirdi. Bu proses də gün keçdikcə daha da inkişaf edirdi və Rusiyada qarşıdan gələn prezident seçkilərinə təsir etmək imkanı var idi. Ona görə də mən bunu bir siyasi qətl hadisəsi olaraq hesab edirəm. Onun nəşinin verilməməsi və ya hadisə ətrafında məlumatların dumanlı şəkildə verilməsi bunun bir qətl olduğunu göstərir. Təbii ki, burada düşünürəm, əsas məqsəd prezident seçkiləri qabağı baş verə biləcək potensial ümumxalq aksiyasının qarşısını almaq idi. Hesab edirəm ki, Navalnidən sonra onun kimi Putinə qarşı çıxa biləcək daha ciddi bir lider, onun və ondan əvvəlki liderlərin ölümü ilə birlikdə Rusiyada müəyyən demokratik ictimaiyyətin ayağa qalxmasına gətirib çıxaracaq. Çox təəssüf ki, Rusiyada totalitar bir təfəkkür hökm sürür. Orada insanların həddindən artıq içkiyə aluda olması, apolitik olması, demokraitikaya böyük bir əngəl yaradır. Nəticə olaraq onu deyə bilərəm ki, bu Qərbin də yaxından dəstəyilə çox güman ki, elə Navalnin qətlində günahkar bilinən şəxslər cəzalandırılacaq və Rusiya demokratikləşəcəkdir”.


Milli Cəbhə partiyasının sədri və deputat Razi Nurullayev:

“Aleksey Navalninin ölümü ətrafında bir sıra ciddi mülahizələr ortaya atılır. Fakt isə dəyişmir, o, artıq yoxdur. O, Rusiya vətəndaşlarını ətrafında cəmləyə bilmək, siyasi prosesləri idarə etmək və ölkədə hakimiyyət dəyişikliyi naminə çox çalışdı. Bu yolda deyərdim ki, çox risklər götürdü, az sayda insanların təriflərindən başı bir növ gicəlləndi və bu da onun reallıq hissini itirməyə səbəb oldu. Bununla da o, öz həyatı ilə ödəmiş oldu. Onun ölümünə çox üzülürəm. Qorxmaz və çox bacarıqlı bir siyasətçi idi. Onun ölümü həm də bir dərsdir. Rusiya prezidentinin ölkəsində reytinqi yüksəkdir və hərçənd, xalq onu istəməsə o, hakimiyyətdə qala bilməz. Reallıq budur ki, o, ən azından 50% üzərində səs toplaya bilir. Onun üçün də real vəziyyətdən və siyasətdən uzaq düşmək lazım deyil. Əgər kütləvi dəstək yoxdursa odun içinə getmək yanlış addımdır. Siyasət mümkün olanı həyata keçirməkdir. Hansı siyasətçi mümkün olandan artığını etmək istəyirsə sıfır nəticəyə nail olur. Sonda bir daha Aleksey Navalninin ölümündən kədərləndiyimi vurğulamaq istəyirəm”.

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Hamısı