EDnews TV-nin “Vətəndaş mövqeyi” verilişinin növbəti buraxılışında millət vəkili Razi Nurullayev qonaq olub. Verilişdə vətəndaşları maraqlandıran sosial, səhiyyə, təhsil və mülkiyyətlə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.
EDnews xəbər verir ki, EDnews TV-nin “Vətəndaş mövqeyi” verilişinin növbəti qonağı Milli Məclisin deputatı Razi Nurullayev olub.
Verilişdə deputat seçiciləri narahat edən bir sıra məsələlərə münasibət bildirib və vətəndaşların gündəlik həyatında qarşılaşdığı problemlərin həlli yolları barədə danışıb.
Müzakirə olunan əsas mövzulardan biri deputatın seçicilərin hansı problemlərinin həllinə real şəkildə kömək edə bilməsi ilə bağlı olub. Razi Nurullayev bu istiqamətdə deputat-vətəndaş münasibətlərinin əhəmiyyətindən, müraciətlərin araşdırılması və aidiyyəti qurumlara çatdırılması mexanizmindən danışıb.
Qeyd edək ki, EDnews TV-nin “Vətəndaş mövqeyi” verilişində ictimaiyyəti maraqlandıran aktual mövzular müzakirəyə çıxarılır, vətəndaşların sualları aidiyyəti şəxslər və ekspertlərlə birlikdə cavablandırılır.
EDnews sözügedən müsahibəni təqdim edir:
Məhəmmədəli Cəlalzadə | EDnews







