“İki masada əyləşmək olmaz!”: Paşinyana Moskvadan seçki mesajı

“İki masada əyləşmək olmaz!”: <span class="text-danger">Paşinyana Moskvadan seçki mesajı</span>

Ermənistanın gələcək xarici siyasi kursu — Avropa İttifaqına doğru hərəkət etməsi, yoxsa Avrasiya inteqrasiyasında tamhüquqlu iştirakını davam etdirməsi məsələsi getdikcə daha aktual xarakter alır.

Bu barədə EDnews-a açıqlamasında rusiyalı politoloq Dmitri Solonnikov bildirib.
Onun sözlərinə görə, bu mövzu nə bu gün yaranıb, nə də yalnız qarşıdan gələn seçkilərlə bağlıdır. 

Ekspert qeyd edib ki, suallar tədricən yığılıb — Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində addımlar atdıqca bu məsələ daha da aktuallaşıb.

Solonnikov bildirib ki, İrəvan Avropa İttifaqı ilə əməkdaşlığı nə qədər fəal inkişaf etdirir və Avropa qaydalarına uyğunlaşmağa çalışırsa, Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əvvəlki münasibət formatının qorunub-saxlanılması ilə bağlı suallar da bir o qədər artır.

“Son vaxtlar bu məsələ qarşıdan gələn seçkilərlə əlaqədar əlavə siyasi kontekst qazanıb. Amma seçkilər sadəcə bir növ tətikləyici amildir. Suallar seçkilərə görə deyil, Paşinyanın uzun müddətdir həyata keçirdiyi siyasət nəticəsində yaranıb”, — deyə politoloq bildirib.

Ekspertin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyini harada gördüyünü dəqiq müəyyənləşdirməlidir: Avropaya inteqrasiyada, yoxsa Avrasiya məkanında.
“Rusiyada dəfələrlə deyildiyi kimi, eyni anda iki masada oturmaq mümkün deyil. Seçim etmək lazımdır”, — deyə Solonnikov vurğulayıb.

Solonnikov hesab edir ki, Ermənistanda qarşıdan gələn seçkilərin nəticəsi ölkənin həm Rusiya, həm də Avrasiya İqtisadi İttifaqı ilə gələcək münasibətlər formatını müəyyən edə bilər. 

“İndi hamı Ermənistanın hazırkı rəhbərliyinin reaksiyasını gözləyir. Paşinyan hakimiyyəti qoruyub saxlayacaqmı, koalisiya formalaşdırmağa məcbur olacaqmı, yoxsa hakimiyyətə başqa siyasi qüvvələr gələcək — bu, seçkilərdən sonra məlum olacaq”, — deyə politoloq yekunlaşdırıb. 

Xatırladaq ki, Ermənistan rəsmən 2025-ci ildə Avropa İttifaqı ilə yaxınlaşma prosesinə başlayıb. Məhz bundan sonra Rusiya rəsmiləri İrəvanı bu addımın mümkün siyasi və iqtisadi nəticələri barədə xəbərdar etməyə başlayıblar. 

Aysel Hacıyeva | EDnews

Xəbər xətti

Ermənistanda seçkilər: QALİB KİM OLACAQ?
13:45
Ən əsəbi qadınlar bu ölkədə yaşayır
13:36
TƏCİLİ! Keşlədə yanğın baş verdi
13:28
Autizmli şəxslər niyə iş tapa bilmirlər?
13:26
Ən yaşlı Azərbaycanlı vəfat edib - FOTO
13:05
Qaz, bazarlar və miqrantlar: Ermənistanın Aİİ-dən uzaqlaşması nələrə səbəb olacaq?
12:50
İranda qızların siqaret aludəçiliyi sürətlə artır
12:45
Ət bazarında dəyişiklik olacaq - Nazir müavini
12:25
“İki masada əyləşmək olmaz!”: Paşinyana Moskvadan seçki mesajı
12:09
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını dəyişir - Umud Mirzəyev
11:52
Somalidə hökumət qüvvələri ilə müxalifət arasında atışma olub
11:33
ABŞ–İran gərginliyi neft qiymətlərinə necə təsir edəcək?
11:21
Simonyan və Paşinyan niyə BAKIYA GƏLMƏK İSTƏYİR?
11:09
Dövlət informasiya resurslarına kiberhücumların qarşısı alınıb
11:00
Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı 37,8 faiz böyüyüb
10:50
Razi Nurullayev: “Elə məsələlər var ki, deputat onu həll edə bilmir” - MÜSAHİBƏ - VİDEO
10:34
Bakıda yeni körpü tikilir
10:21
Əlilliyi olan şəxslər üçün YENİ QAYDALAR TƏSDİQLƏNİB
10:14
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
09:58
Livan və İsrail atəşkəs barədə razılığa gəldilər
09:46
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
09:38
Rubio: ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməyəcək
09:30
Kamçatkada ardıcıl zəlzələ baş verib
09:15
ABŞ və İran RAZILAŞDI
08:07
ABŞ 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edəcək
07:15
Aİ-nin Ukrayna və Moldova ilə bağlı RAZILIĞI
06:30
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri vəfat edib.
05:30
Magyar: Ukrayna Zakarpatiyadakı macar azlığın hüquqlarını bərpa etməyə razılaşıb
05:15
Rubiodan Qrenlandiya ilə bağlı rezonans doğuracaq AÇIQLAMA: "ABŞ Qrenlandiya üzərində suverenlik əldə etmək ideyasından əl çəkmir"
04:45
“Real Madrid” yeni ev formasını təqdim edib
04:00
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
03:31
XİN başçısı: İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur
03:00
"Rusiya Ermənistandan kənd təsərrüfatı idxalını Azərbaycanla əvəzləmək niyyətindədir"- Putinin xüsusi nümayəndəsi
02:39
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR