“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır" Prezident

Siyasət 12:24 05.04.2018
Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
 
Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
 
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
 
Konfransdan əvvəl birgə foto çəkdirildi.
 
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat hazırda dünyada qeyri-müəyyənliklərin və çağırışların olduğunu, bəzi ölkələrin qəbul etdiyi qərarların digər dövlətlər üçün ciddi problemlər yaratdığını deyərək bildirdi ki, həmin qərarların dünyaya müsbət təsir göstərməsi üçün prosesin özü dəyişməlidir. Bunun üçün ölkələrin daxili işlərinə qarışmamaq, insan hüquq və azadlıqlarına hörmət etmək əsas şərt kimi götürülməlidir. “Bizim üçün əsas məsələ dayanıqlı inkişafın, sülhün və beynəlxalq təhlükəsizliyin təmin edilməsidir”, - deyən Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinin, xüsusilə də nüvə silahının yayılmaması üçün Qoşulmama Hərəkatının fəaliyyətinin artırılmasının əhəmiyyətinə toxundu.
 
Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.
 
Dövlətimizin başçısı Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyərək Qoşulmama Hərəkatının dünyada humanizm ideyalarının təbliğində, sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan bu Hərəkatın yeni üzvü olsa da, bir neçə il öncə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən artıq təşkilatın dəstəyini hiss etdi. Bu isə Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin göstəricisi idi.
 
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan beynəlxalq hüququn pozulması ilə üzləşib, ərazilərimizin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib, ərazilərimizdə etnik təmizləmə siyasəti aparılıb, aralarında qadın və uşaqların da olduğu 613 nəfərin qətlə yetirildiyi və dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınan Xocalı soyqırımı törədilib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normalarına uyğun həllinə dair Qoşulmama Hərəkatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələr qəbul etdiyini deyən Prezident İlham Əliyev bir məqamı xüsusi vurğuladı ki, bu qətnamələrin həyata keçirilməsi mexanizmi yoxdur və Ermənistana qarşı sanksiyalar tətbiq olunmur.
 
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib, multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu çərçivədə son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin dünyada multikulturalizm dəyərlərinin təbliğində öz səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunacaq və hələ 100 il əvvəl Azərbaycanda bir çox inkişaf etmiş ölkələrdən əvvəl qadınlara səsvermə hüququ verilib. Artıq Azərbaycanın sürətlə inkişaf etdiyini, özünü təmin edən ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artdığını, insan kapitalına sərmayələr qoyulduğunu, savadlılıq səviyyəsinin 100 faizə yaxınlaşdığını, son illərdə 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, son 15 ildə işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, iqtisadi uğurlarımız beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilib. Ölkəmizin regional inkişafda böyük rol oynadığını, qitələri birləşdirdiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşağına çevrildiyini, Cənub Qaz Dəhlizi kimi mühüm beynəlxalq layihənin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən danışarkən 2015-ci ildə baş tutan birinci Avropa Oyunlarını, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarını qeyd etdi. Bildirdi ki, iki ildə bir şəhərdə həm Avropa, həm də İslam Oyunlarının keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfədir. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzv ölkəsidir ki, “Ekspo 2025”ə namizədliyini irəli sürüb, bu isə nail olduqlarımızı nümayiş etdirmək üçün yaxşı imkandır. Prezident İlham Əliyev üzv ölkələrin bu məsələdə dəstəyinin həmrəyliyin göstəricisi olacağını deyərək sonda konfransın işinə uğurlar arzuladı.
 
Sonra nazirlər konfransına sədr seçkisi keçirildi.
 
Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçildi.
 
***
 
"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”.
 
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
 
Dövlət başçısı deyib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: “2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. İyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalısoyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”.
 
Prezident təəssüflə vurğulayıb ki, işğal bu günə qədər davam edir: “Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub”. (apa)
 
***
 
Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.
 
Əvvəlcə birgə foto çəkdirildi.
 
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorje Arreaza Monzerrat ölkəsinin Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini vurğulayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və konfrans iştirakçılarına çatdırdı.
 
Konfransda Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən sonra dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.
 
Sonra nazirlər konfransına sədr seçkisi keçirildi.
 
Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçildi.
 
Elmar Məmmədyarov tədbirdə çıxış etdi.
 
Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
 
Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
 
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
 
***
 
Aprelin 6-dək davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edir.
 
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.
 
Xatırladaq ki, aprelin 3-4-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
 
Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslaşdırılmış siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını alıb.
 
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.
 
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Hərəkatın prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.
 
Bir sıra dövlətlərin vaxtilə "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır.
 
Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada öz aktuallığını daha da artırır və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Müstəmləkəçiliyin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.
 
Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı