Yunan baş nazirdən gözlənilməz - Ərdoğana çağırış etdi | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Yunan baş nazirdən gözlənilməz - Ərdoğana çağırış etdi

Siyasət A- A A+

Cəsur addımlar atacağımız ortaq yanaşma üçün Ərdoğana səslənirəm.

Eurasia Diary xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ölkəsinin Türkiyə ilə münasibətləri barədə danışarkən deyib. O, əsəbi ritorikadan uzaq duraraq beynəlxalq hüquq və dostyana əməkdaşlıq üzrə hərəkət etmək istədiklərini bildirib:

“Bu coğrafiyada birlikdə yaşayırıq. Gərəksiz gərginliklər və silahlanma iki ölkəni də dəyərli qaynaqlardan məhrum edir. Bunlardan ölkələrimizin xeyrinə istifadə etmək olar”.

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizində, beynəlxalq sularda qazma işlərinə başlaması iki ölkə arasında gərginliyə səbəb olub.

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...