Tbilisidə Cənubi Qafqazdakı etnik münaqişələrdəki vəziyyət və onların həlli üçün yeni sülhməramlı təşəbbüslərə dair "Ümumqafqaz Evi"nin təsisçiləri Kamil Məmmədov və Rizvan Hüseynovun birgə mətbuat konfransı keçirilib.
Eurasia Diary xəbər verir ki, mətbuat konfransında, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı son təxribatçı açıqlamalarına da cavab verilib. Bu məqsədlə, Artur Ağacanovun başçılıq etdiyi bir qrup Qarabağ ermənisinin N.Paşinyanın nitqini tənqid edən müraciəti oxunub və Ermənistanın Baş nazirinə xeyli hissəsi sülh istəyən və Dağlıq Qarabağın gələcəyini Azərbaycanın daxilində görən bütün Qarabağ erməniləri adından danışmamağa dair çağırış edilib.
Dünya şöhrətli mədəniyyət xadimləri Vaxtanq Kikabidze, Gia Kançeli, Robert Sturua və başqaları telefonla tədbirə bağlanaraq "Ümumqafqaz Evi"nin fəaliyyətini və Tbilisidəki mətbuat konfransında səslənən təşəbbüs və ifadələri dəstəklədiklərini bildiriblər.