Paşinyanın planı işə düşür - ittifaq yarandı - "Qarabağın Ermənistana birləşdirilməsi..." | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Paşinyanın planı işə düşür - ittifaq yarandı - "Qarabağın Ermənistana birləşdirilməsi..."

Siyasət A- A A+

Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsində yerləşdirilib.

Məlumata görə, təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib. Miatsum İttifaqının əsas hədəfinin Qarabağın Ermənistana birləşdirilməsi olacaq.

Qeyd edək ki, “Miatsum” ideyası Paşinyanın hakimiyyətə gəlməsindən sonra yenidən aktivləşib. Bu işdə xüsusi aktivliyi hazırkı Mənim Addımın Blokunun qeyri-rəsmi müttəfiqi Sasna Tsrer Partiyası nümayiş etdirib. Paşinyanın və ümumilikdə İrəvanın özü rəsmi şəkildə bu prosesə avqustun əvvəlində Ermənistan baş nazirinin Xankəndində çıxışından sonra qoşulub.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...