"İlham Əliyev Ermənistanın içəridən necə dağıldığını görür ...müharibəyə başlamaq onun nəyinə lazımdır?"

Siyasət 23:31 08.09.2019
Zibil dağları - aysberqin görünən tərəfidir...
 
Eurasia Diary Ermənistanda “məxməri" inqilabçıların yarıtmaz siyasəti haqqında erməni jurnalist Marina Mkrtıçyanın ”Qolos Armenii” nəşrinin 7 sentyabr sayında dərc olunmuş yazısının Azərbaycan oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq kiçik ixtisarla tərcüməsini təqdim edir.
 
“"Sanitek" dördüncü gün zibilləri təmizləmir, beşinci gün, altıncı... Böyük şəhər metropoliyasında bu ifadə ilə bütün xəbər blokları başlayır. Yalnız qeyri-sanitariya şəraiti, çoxmənzilli binaların zibil qutularında siçovulların məskən salmasını və paytaxt küçələrində it sürülərini hakimiyyətin bacarıqsızlığının təsadüfi təzahürü kimi qəbul etmək lazım deyil.
 
Həqiqətdə, hakimiyyətin işinin səmərəliliyi bütün sahələrdə sıfırdır, biz hər addımda zibil dağlarını və dəhşətli çirk hiss edirik. Hökumətin funksionallığı mövcud olmayan bir parametrdir. Hakimiyyətin işini bilmək üçün istifadə olunan parametrlər gündəlik olaraq hər yerdə və istənilən bəhanələrlə Nikol ritorikası ilə əvəz edilmişdir. O bütün günü  danışır... Bəs, nə vaxt bir iş görməyə başlayacaq?
 
Gözümüzün qarşısında "hakimiyyət" adı ilə  yalnız aysberqin zirvəsi var. Dağıntılarla və siçovullarla dolu olan bu zirvə, idarəetmənin bütün səviyyələrində hakimiyyətin hansı keyfiyyətdə olduğunu əyani şəkildə göstərir. Bu döyüşdə siçovullar artıq qalib gəlib, İrəvana heç vaxt siçovulların belə bir hücumu olmayıb! Hər küncdəki zibil dağları - hakim elitanın ən dəqiq portretidir!
 
Ən peşəkar iqtisadçılar belə iqtisadiyyatdakı vəziyyətlə bağlı həyəcan təbili çalır. Ötən ilin eyni dövrü ilə müqayisədə birbaşa investisiyaların sayı 11% azalıb.
 
Yeni hökumət savadlı mütəxəssisləri iş yerlərindən sıxışdırır və bəzən bu pis niyyət güdmədən də edilir. Sadəcə yeni təyin olunmuşlar küçədən gəliblər və buna görə səriştənin nə olduğunu bilmirlər.
 
Keçmiş yüksək vəzifəli şəxslərin həbsi artıq trend deyil, onlar ictimaiyyəti narahat etmir, insanlar Amulsarın necə olacağından, qazın qiymətinin qalxacağından narahatdırlar, çünki qış qabaqdadır. Hakimiyyət bu suallara cavab vermək iqtidarında deyil, bununla belə qazın qiymətinin qalxacağı ilə bağlı söz-söhbətlər davam edir, bundan sonra yaşamaq dəfələrlə bahalaşacaq ...
Bir daha təkrar edirəm ki, aysberqin görünən hissəsi altında gözəgörünməz bir hissə var: yüzlərlə savadlı mütəxəssislər bir il yarım ərzində iş yerlərini itirib.
 
Parlament çoxluğunun və yerli səviyyəli rəhbərlərin bacarıqsızlığını müşahidə edərək özümüzü aldatmağa (inandırmağa) çalışırıq, deyirlər ki, bu yalnız parlamentdə, nazirliklərdə, yerli idarələrdə, məktəblərdə, universitetlərdə və sairdə mövcuddur. Özümüzə təlqin edirik  ki, vacib olan yerlərdə, taleyüklü qərarların verildiyi yerdə, peşəkarlar məsələləri həll edirlər.
 
Biz hər zaman və bütün rəhbərlərin dövründə  hakimiyyətin kadr siyasətini və ayrı-ayrı təyinatları tənqid edirik, amma indiki vəziyyət unikaldır. Hüquqşünaslar deyirlər ki, istintaq orqanları artıq yüksək peşəkarlıq tələb edən xüsusi bir institut kimi fəaliyyətini dayandırıb.
 
Məktəblərdə və universitetlərdə kadr dağıntıları hökumətin ixtisaslı kadrlara ehtiyacı olmadığını, mütəxəssislərin hər yerdən, əsasən nazirliklərdən işdən çıxarıldığını, yeni rəhbərlərin dostları və qohumları ilə əvəz edildiyini, savadsızlıq və səriştəsizliyin dövlət siyasəti səviyyəsinə qaldırıldığını göstəricisidir. Kompetensiyasızlıq- bu gün etibarlılığın əsas əlamətidir: Nikol özündən daha ağıllı olanları sevmir ...
 
O, artıq bəlkə də son vaxtlar bir çox dəhşətli fəlakətlər yaratdığını və ölkəyə, insanlara böyük sınaqlar gətirə biləcəyini anlayıb və buna görə də, bu qorxunu açıq şəkildə hər zaman danışmaqlarla boğmağa çalışır, hər zaman nələrsə söyləyir. İçindəki natamamlıq kompleksi onda stress yaradır. Nikol, düşüncəsizliyi və yüngül xarakteri ilə çiyinlərinə daşıya bilməyəcəyi həddindən artıq yük götürüb, yəni "papaq Senkaya görə deyil"sə.., qapaq geri qaytarılmalıdır.
 
Baş nazir kütləvi çıxışları ilə o qədər başını qarışdırıb ki, o, artıq özü əcnəbilər üçün şəhər turu keçirmiş, sonra məktəbdə yeni tədris ilinin başlamasına həsr olunmuş dərs keçmiş, sabah Otello rolunda səhnəyə çıxacaq və ya “Şelkunçik” baletindən pa-de de rəqsini edəcəkdir. Əgər o vaxta qədər öz bacarıqsızlığı səviyyəsində teatrda yeni oyun qaydalarını qurmağa çalışan, Paşinyanın ətrafından olan məşhur Madamın günahı üzündən Opera və balet teatrı dağlmayacaqsa.
 
Səriştəsizlik yalnız etibarlılıq əlaməti deyil, həm də bu hakimiyyətin vizit kartıdır, savadlı işçilər Nikoldan yan keçir. Dövlət maşınını o adamlar idarə edir ki,  bu maşının sönməsi üçün əllərindən gələn hər şeyi edirlər.  Nikolun kadr siyasəti savadlı mütəxəssislərin - təhsil müəssisələrindən silahlı qüvvələrə qədər hərtərəfli sıxışdırılmasına yönəlmişdir.
 
Baş verənlərə dair təxminlər bölünür: bəziləri  hesab edir ki, baş verənlər kortəbii təzahürlərdən, iqtidarın müvəqqəti xəstəliyindən, siyasətə təzə gələnlərin axmaqlığı və özünəvurğunluğundan yaranır. Digərləri əmindirlər ki, bütün bunların arxasında Nikolun şəxsi rəhbərliyi altında cinayətkar niyyət və dövlət maşınının qəsdən məhv edilməsi dayanır. Ötən gün bir politoloq  silahlanmada üstünlüyə malik olan Əliyevin niyə müharibəyə başlamaması sualına cavab verərkən dedi: " O hər gün Ermənistanın içəridən necə dağıldığını görür, ona görə də müharibəyə başlamaq onun nəyinə lazımdır?".  Yaxşı, o görür, bəs biz? (moderator.az)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı