Ermənistan azərbaycanlı əsirləri dəyişməkdən imtina etdi | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Ermənistan azərbaycanlı əsirləri dəyişməkdən imtina etdi

Siyasət A- A A+
İrəvan Dilqəm Əsgərov və Şahbaz Quliyevi Azərbaycanda olan erməni əsirlərlə dəyişməkdən imtina edib.
 
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib. O, azərbaycanlı əsirlərlə erməni əsirlərin dəyişdirilməsinin haqsızlıq olacağını bildirib.
 
Ovannisyan həmçinin Azərbaycanın ümumiyyətlə bu mübadiləyə razı olub-olmamasıyla bağlı heç bir informasiyanın olmadığını da deyib.
 
Qeyd edək ki, hazırda iki erməni diversantı Azərbaycanın əsirliyindədir.(Axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...