Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib. 

Eurasia Diary xəbər verir ki, məktubda deyilir:  

"Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...