“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyası üçün real risk mövcuddur”.
Eurasia Diary-nin xəbərinə görə, bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Slovakiya il boyu ATƏT-in Minsk qrupu prosesi çərçivəsində etimadın qurulması, gərginliyin azaldılması və dialoqu davam etdirmək istiqamətində işlər görüb.