Rusdilli Haqqin.az saytında “İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi” başlıqlı yazı yayınlanıb.
Eurasia Diary türküstan-a istinadla xəbər verir ki, Murad Səmədovun müəllifi olduğu məqalədə Azərbaycan hökuməti dəmir yolu sahəsində islahatlardan bəhs edilir. Prezident İlham Əliyevin dəmir yolu sektorunun inkişafına xüsusi diqqət yetirdiyi və bu sahədə görülən işlərdən müsbət işlərdən məmnun olduğu bildirilir. Buna misal olaraq, Sabunçu-Pirşağı xəttinin yenidən qurulmasından sonra açılışda çıxış edən İlham Əliyevin Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun xidmətlərini vurğulaması göstərilir: Prezident “Son illərdə, xüsusən Cavid Qurbanovu bu vəzifəyə təyin etdiyim vaxtdan etibarən abadlıq, dəmir yollarının tikintisi, dəmir yolu xidmətlərinin yaxşılaşdırılması sahəsində böyük uğurlar əldə olundu” dedi.
Yazıda C.Qurbanovun Azərbaycan Dəmir Yollarına rəhbərlik etdiyi dövrlə ölkə daxilində və beynəlxalq miqyasda bu sahədə aparılan böyük inkişaf faktların və rəqəmlərin dili ilə təsvir olunub.
Yazının tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: