BMT-nin Əhali Fondu yeni reallıqda reproduktiv sağlamlığın qorunması mövzusunda milli müzakirə təşkil edib

Siyasət 16:10 13.07.2020

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi 11 iyul – Ümumdünya Əhali Günü münasibətilə tərəfdaşları ilə yeni reallıqda reproduktiv sağlamlığın qorunması mövzusunda milli müzakirə təşkil edib. Onlayn formatda keçirilən tədbirdə təşkilatın ölkə ofisinin rəhbəri Fərid Babayev, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova və institutun poliklinika şöbəsinin rəhbəri Gülnarə Rzayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və BMT-nin Əhali Fondunun gender və reproduktiv sağlamlıq məsələləri üzrə eksperti Səadət Abdullazadə iştirak edib. 

Onlayn müzakirələr zamanı pandemiyanın davam etdiyi dövrdə ölkənin səhiyyə sisteminin üzərinə düşən çətin vəzifələrin sırasında ilk yerlərdə dayanan əhalinin, xüsusilə qadınların və qızların cinsi və reproduktiv sağlamlığı və hüquqlarının təmin edilməsi və bununla bağlı görülmüş və görüləcək işlər ətrafında məlumat və fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu gün bütün dünyanın keçdiyi ağır pandemiya sınağı ilk növbədə ayrı-ayrı iqtisadiyyatların, oturuşmuş sosial mexanizmlərin və ən başlıcası isə səhiyyə sistemlərinin üzərinə çox böyük təzyiq göstərir. Pandemiya nəticəsində dünyanın əksər yerlərində qadınlar və qızlar cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışdan məhrum olub, bir sıra ölkələrdə isə pandemiyanın ilk günlərindən etibarən qadınların sosial təcrid şəraitində məişət zorakılığına daha çox məruz qalması halları qeydə alınıb. BMT-nin Əhali Fondunun proqnozuna görə, pandemiya ilə əlaqədar qlobal miqyasda karantin rejimlərinin daha 6 ay davam etməsi əlavə 31 mln. gender-əsaslı zorakılıq halının, uzadılan hər növbəti 3 ay ərzində isə daha 15 mln. halın törədilməsinə səbəb ola bilər. 

Qeyd olunub ki, bu kimi çağırışların öhdəsindən gəlmək üçün BMT-nin Əhali Fondu qlobal miqyasda hökumətlərlə pandemiya ilə mübarizə və ictimai səhiyyə sistemlərinin gücləndirilməsi istiqamətində əməkdaşlığını daha da genişləndirmişdir. Bu məqsədlə təşkilat pandemiya əleyhinə effektiv cavab tədbirləri ata bilmələri üçün bir çox ölkələrin milli səhiyyə sistemlərinin potensialının gücləndirilməsinə yardım edir, evdə və ya karantin altında olan qadınların keyfiyyətli cinsi və reproduktiv sağlamlıq xidmətləri və vasitələri ilə təminatına öz töhfəsini verir, fərdi qoruyucu vasitələrin çatdırılmasına məsul olan təchizat sistemlərinin fasiləsiz işləməsinə dəstək verir.

Diqqətə çatdırılıb ki, Azərbaycanda da pandemiya müddətində BMT-nin Əhali Fondu hökuməti təmsil edən tərəfdaşları ilə birlikdə bu istiqamətlərdə mühüm işlər görməyə nail olub. Ötən müddət ərzində Fondun ölkə nümayəndəliyi müəyyən sayda fərdi qoruyucu vasitələrin ölkəyə gətirilərək hamilələrin, yenidoğulmuşların və gənc anaların sağlamlığı ilə məşğul olan səhiyyə qurumlarına, məişət zorakılığına məruz qalmış qadınların sığındığı qadın sığınacaqlarına, eləcə də digər həssas əhali qrupları ilə işləyən tərəfdaşlarına paylanılmasını həyata keçirib. Bununla yanaşı, cinsi və reproduktiv sağlamlıqla bağlı geniş əhali qruplarının maarifləndirilməsi işinə töhfə vermək məqsədilə təşkilat maarifləndirici materiallar ərsəyə gətirərək milli tərəfdaşları sayəsində bu məlumatların geniş kütlələrə çatdırılmasını təmin edib.

Çıxış edən digər natiqlər təmsil etdikləri qurumların adından BMT-nin Əhali Fondu ilə əməkdaşlığı yüksək qiymətləndirib, xüsusilə pandemiya dövründə birgə həyata keçirilmiş fəaliyyətlərin səmərəliliyini vurğulayıb və qarşıdakı post-pandemiya dövrünün çağırışlarına cavab verə bilmək üçün mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini ifadə ediblər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
Hamısı