Bu gün Türkiyə Prezidenti Rəcəb Tayiib Ərdoğan Almaniya Kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə üçtərəfli formatda görüş keçirib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu görüşdə Türkiyə-Aİ əlaqələri və Şərqi Aralıq gərginliyi mövzuları müzakirə edilib.
Ərdoğan qarşılıqlı danışıq yolu ilə gərginliyin azaldılmasına tərəfdar olduğunu bildirib.
“Regional konfransda konstruktiv qərarlar veriləcəyinə inanıram”, deyə Ərdoğan söyləyib.
Görüş çərçivəsində Türkiyə-Yunanıstan arasında yenidən danışıqların başlanılması ilə bağlı fikir də səsləndirilib.