Azərbaycan və Ermənistanda yerləşən ABŞ səfirlikləri bu ölkələrdə olan vətəndaşlarını təmas xəttinə və Azərbaycan-Ermənistan sərhəddinə yaxın yerlərə səfər etməməyi məsləhət görüb.
Eurasia Diary yerli və erməni KİV-lərə istinadən xəbər verir ki, Azərbaycandakı ABŞ səfirliyi vətəndaşlarına Abşeron yarımadasında qalmağı və Tovuz və Qazax rayonlarına səfər etməməyi bildirib.
Ermənistanda isə Tavuş və Dağlıq-Qarabağ regionunu ziyarət etməyi məsləhət görməyib.