Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, iki ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsini müzakirə ediblər.
Rusiya tərəfi genişmiqyaslı hərbi əməliyyatların bərpasından ciddi narahatlığını dilə gətirib.
Kremlin verdiyi məlumata görə, qarşıdurmanın artmasına və hərbi əməliyyatların dayandırılmasına imkan verməmək üçün bütün lazımi səyləri göstərməyin vacibliyi vurğulanıb.