Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edib | Eurasia Diary - ednews.net

21 Oktyabr, Çərşənbə


Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirlərinə müraciət edib

Siyasət A- A A+

“Dünən axşam saatlarında Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə videokonfrans formatında müşavirə keçirildi”.

Eurasia Diary xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirlən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

 C. Bayramov deyib ki, diplomatlarımıza operativ şəkildə beynəlxalq ictimaiyyətin məlumatlandırılması barədə tapşırıq verilib: “İyul təxribatları zamanı gördük ki, xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatlar törədilib, hücumlar olub. Bu gün də xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatilarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsini rica edirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...