Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib.
Eurasia Diary xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.