"Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək" - Ərdoğan | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


"Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək" - Ərdoğan

Siyasət A- A A+

“Kipr və Azərbaycan türklərindən Balkan yarımadasına və Şimali Afrikaya qədər hər yerdə qardaşlarımıza səmimi dəstək verən Məclisimiz millətimiz ilə birgə bütün dostlarımızın umid mənbəyi olduğunu göstərmişdir”.

Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin yeni qanunverici ilinin açılışında söyləyib.

“Türkiyə olaraq "bir millət iki dövlət" gördüyümüz Azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və qəlbimizlə dəstək verməyə davam edəcəyik”, Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti sülhün bərqərar olması üçün Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edib.

“Bu bölgədə daimi sülhə aparan yol ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının hər qarışından geri çəkilməsidir. Ermənistan hakimiyyətini Türkiyəyə iftira atmaq səyləri də xilas etməyəcək”

“Bu quldur dövlətə (Ermənistana) dəstək olanları insanlığın vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...