Hindistan tezliklə Korva şəhərində yerləşən bir müəssisədə Rusiyanın “Kalaşnikov AK-203” avtomatlarını istehsal edəcək.
Eurasia Diary Yeniavaz.com saytına istinadən xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” qəzeti məlumat verib. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Manoy Naravane bildirib ki, layihə ilə bağlı danışıqlar inkişaf mərhələsindədir və hazırda müəyyən məqamların son koordinasiyası baş verir. Hindistanlı general həmçinin bildirib ki, AK-203-lərin istehsalı üçün son müqavilənin yaxın vaxtlarda imzalanacaq.