Azərbaycan və İran xarici işlər nazirləri arasında görüş keçirilib YENİLƏNİB

Siyasət 17:17 25.01.2021

2021-ci ilin 25 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.

Nazir Məhəmməd Cavad Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib. Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.

İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

Qeyd edək ki, İranın xarici işlər naziri Cavad Zərif Azərbaycanda işgüzar səfərdədir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı