"Müharibədən sonrakı vəziyyət kövrəkdir" - İlham Əliyev | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


"Müharibədən sonrakı vəziyyət kövrəkdir" - İlham Əliyev

Siyasət A- A A+

“Müharibədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var".

Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

Prezident çıxışının əvvəlində ADA Universitetinə belə konfrans keçirdiyinə görə təşəkkür edib və bu universitetin Azərbaycanda liderlərdən biri olduğunu deyib.

Dövlət başçısı konfransın əsas mövzusunun münaqişədən sonrakı inkişaf və əməkdaşlıq olduğunu vurğulayıb: “İştiraka görə hər kəsə təşəkkür edirəm. Biz bunu yalnız bölgədə baş verən hadisələrə maraq kimi deyil, həm də 30 ildir işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq qəbul edirik.”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...