“Ağdamda gördüklərimiz çox dəhşətlidir” - Ukrayna Baş nazirinin müavini | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


“Ağdamda gördüklərimiz çox dəhşətlidir” - Ukrayna Baş nazirinin müavini

Siyasət A- A A+

“Sizin də bildiyiniz kimi, Azərbaycan və Ukraynanın qonşuları fərqli olsa da, taleləri oxşardır. Çox təəssüf ki, bu qonşuların fəaliyyəti nəticəsində sizin də, bizim də torpaqlarımızın bir hissəsi işğal olunub. Lakin hazırda biz azad olunmuş torpaqlarda dayanmışıq”.

Bunu Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

O, qələbə münasibətilə təbriklərini çatdırıb: “Mən bu gün sizi təbrik edirəm, bu gün azad edilmiş torpaqlardayıq, mən sizin qonağınızam. İndi burda gördüklərimiz çox dəhşətlidir. Lakin mən tam əminəm ki, növbəti dəfə bu görüş başqa bir fonda, yeni bir Ağdamda baş tutacaq. Mənim buna şübhəm yoxdur və əminəm ki, növbəti görüşümüz yeni Ağdamda olacaq”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...