Qarabağda 30 illik bir gecikmə ilə də olsa, ədalət öz yerini tapdı | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Qarabağda 30 illik bir gecikmə ilə də olsa, ədalət öz yerini tapdı

Siyasət A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamalar verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamalar verib.

Eurasia Diary-nin məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.
 
Türkiyə prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa ədalətin öz yerini tapdığını qeyd edib.
 
“Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yenidən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı”, - deyə Ərdoğan bəyan edib.
 
Daha sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Baydenlə görüşü zamanı qondarma erməni soyqırımı barədə müzakirələrin aparılmadığını qeyd edərək “Vallah, heç gündəmə gəlmədi”, -deyə bildirib.
 
Sonda mətbuat nümayənlərinə təşəkkür edən Ərdoğan “Buradan Azərbaycana bir səfər var”, - deyə çıxışını bitirib.  

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...