Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq? - Konkret zaman deyilir | Eurasia Diary - ednews.net

29 İyul, Cümə axşamı


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq? - Konkret zaman deyilir

Siyasət A- A A+

Yaxın zamanlarda Ermənistan hökuməti ilə Rusiya arasında rusiyalı sülhməramlıların Geqarkunik vilayətinə yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunacaq. Bundan sonra ön cəbhədən erməni qoşunları çıxarılacaq.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, Nikol Paşinyan böyük ehtimalla sentyabrda razılaşma imzalayacaq. Bu razılaşma ilə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı bildirilib.

Qeyd edək ki, Geqarkunik və digər sərhəd ərazilərə Rusiya hərbçilərinin yerləşdirilməsi üçün üçtərəfli danışıqlar getdiyi barədə məlumatı əyalətin qubernatoru yaymış, daha sonra isə Ermənistan Baş Qərargah rəisi təsdiqləmişdi.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...