Rusiya MN Xocavəndi “Orta əsr Ermənistan torpağı” kimi təqdim etdi Növbəti hədsizlik

Siyasət 20:16 02.08.2021
Həmin qurumun internet saytında 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində təqdim olunduğundan bu, həm də Ermənistanın xeyrinə beynəlxalq təbliğat kimi qəbul olunmalıdır...
 
Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən “sülhməramlı” adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingenti müvafiq qurumlarımızın susqunluğundan istifadə edərək növbəti dəfə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirib. Bu dəfə sözügedən hərbi kontingentin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bölməsində Yuxarı Qarabağ, konkret olaraq Xocavənd rayonu ərazisi “Dağlıq Qarabağ” və “tarixi Ermənistan torpağı” kimi təqdim edilib.
 
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Dağlıq Qarabağdakı Amaras monastır kompleksini ziyarət edən 1000-dən çox zəvvarın və yerli sakinlərin təhlükəsizliyini təmin ediblər”. 
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, bu cümlə Rusiya MN-in saytının Azərbaycan torpağındakı rəsmən sülhməramlı hərbi kontingentinə aid bölməsində avqustun 2-i Moskva vaxtı ilə səhər saat 05:00-a aid məlumatındandır. 
 
Göründüyü kimi,  Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bütün xarici dövlət və təşkilatlara Azərbaycan Respublikası daxilində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını xatırlatmasına zidd olaraq Rusiyanın sözügedən dövlət qurumunun rəsmi saytının məlumatında “Dağlıq Qarabağ” ifadəsi işlədilir.
 
Ancaq daha “cəlbedici” həmin məlumatdakı digər cümlədir:
 
“Amaras - erkən orta əsr xristian monastırlarından biridir və Martuni rayonunda yerləşir. Orta əsr Ermənistanında məşhur dini və mədəniyyət mərkəzi statusuna malik olub”.
 
Əvvəla, Azərbaycan Respublikasında “Martuni” adlı ərazi inzibati vahidi də yoxdur. İkincisi də Orta əsrlərdə Amaras məbədinin yerləşdiyi ərazi Ermənistana aid olmayıb.
 
Xatırladaq ki, Rusiya MN-in rəsmi saytının “Dağlıq Qarabağ sülhməramlıları” bölməsində 2021-ci il aprelin 5-də də eyni “səhv” edilmişdi. İyulun 29-da isə eyni saytda Laçın rayonu "Dağlıq Qarabağın rayonu" kimi təqdim olunmuşdu.
 
Zəruri arayış: 
 
Amaras monastırı — Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən qədim Azərbaycan türklərinin xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.
 
Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilmiş və burada sərdabədə (və ya altar altında) dəfn edilmişdir.
 
Arxeoloji tədqiqatlar zamanı abidənin üç inşaat mərhələsi müəyyən edilmişdir: birinci mərhələ IV əsrə, ikinci mərhələ X əsrə, üçüncü mərhələ isə XIX əsrə aiddir. Həmçinin, çoxsaylı məbəd inşa etdirmiş və köhnə məbədlərin bərpasına əmr vermiş Albaniya hökmdarı III Mömin Vaçaqanın (487-510) hakimiyyəti dövründə də məbəddə yenidənqurma işləri aparılmışdır. Lakin, çoxsaylı, inşaat, dağılma və yenidənqurma işlərinə baxmayaraq müasir məbəd binası öz ilkin formasını saxlaya bilmişdir.
 
Onu da vurğulayaq ki,  Rusiya Müdafiə Nazirliyinin internet saytında 4 dildə - rus dili ilə yanaşı, fransız, ingilis və ispan dillərində təqdim olunur.  Bu baxımdan həmin xəbərlərdə Azərbaycanın çağdaş inzibati-siyasi quruluşu, xəritəsi,  eləcə də tarixi və konkret olaraq keçmiş Dağlıq Qarabağ ərazisinin tarixi mövzusunda Ermənistanın xeyrinə edilən hər bir yanlışlıq həm də beynəlxalq təbliğat kimi qəbul olunmalıdır.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı