Qarabağdan Kurilə kimi... Rus ordusu çatdırmır - Fauerelgenh | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Qarabağdan Kurilə kimi... Rus ordusu çatdırmır - Fauerelgenh

Siyasət A- A A+

Sovet dövründəki kimi, Rusiyanın hər yerdə düşmənləri var.

EDNews.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Əfqanıstanda hakimiyyətə Talibanın gəlişindən sonra Mərkəzi Asiyada destabilizasiya təhdidi güclənib. Cihadçı hərəkat Mərkəzi Asiya respublikalarına yayıla bilər. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında daha bir ocaq var. Oraya Rusiya cəlb edilə bilər. Donbas var və Ukrayna ilə problemlər mövcuddur. Belarus mövcuddur, Lukaşenko ilə çox böyük problemlər var.

Belə çıxır ki, hər yerdə problem var. Diviziyanı Frans-İosif arxipelaqında, Çukotkada tutmaq lazımdır, korpusu Kuril adalarında saxlamaq vacibdir.

Gücümüz yetməyəcək. SSRİ dönəmindəki kimi böyük ordu var, amma düşmənçilik hər yerə uzanıb, hər yerə isə güc çatmır”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...