İsveçdə şəhidlərimiz yad edilib | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

İsveçdə şəhidlərimiz yad edilib

Siyasət A- A A+

Stokholmda yaşayan azərbaycanlı icmasının iştirakı ilə Azərbaycanın İsveçdəki səfirliyinin binası önündə 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya zamanı Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin binası önünə gül dəstələri düzülüb, şamlar yandırılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...