Azərbaycan Prezidenti Minsk Qrupunun bundan sonrakı fəaliyyət sahələrini sadalayıb

Siyasət 15:40 27.09.2021

“İşğal dönəmində, hardasa 7-8 il əvvəl ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr, onların prezidentləri bir neçə dəfə çox müsbət bəyanatlar verdilər. Həmin bəyanatlardan biri də bu idi ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir”.

EDNews.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı bu bəyanatları çox müsbət qarşıladığımızı qeyd edib: “Şəxsən mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bəyan etmişdim. Demişdim ki, bu, uzun illərdir gözlənilən bir açıqlamadır. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Lakin bu açıqlamalardan sonra onlar praktik addımlara keçmədilər. Üstəlik, bir müddət sonra bu açıqlamalardan da geri çəkildilər və Minsk Qrupunun həmsədrləri tərəfindən ortaya yeni ifadə atıldı. Dedilər ki, status-kvo davam etdirilə bilən deyil. Bu açıqlamalar arasında çox böyük fərq var. Bir var ki, “qəbuledilməz”, bir də var “davam etdirilə bilən deyil”. O zaman mən onları tənqid edərək demişdim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür. Təəssüf ki, sonrakı dönəm də göstərdi ki, Minsk Qrupu bu məsələni həll etmək düşüncəsində deyildi. 44 günlük müharibədə biz bunu bir daha gördük. Çünki BMT-də bizə qarşı məsələni gündəmə gətirən Minsk Qrupunun həmsədri olan ölkələr idi. Müharibə davam edir, biz torpaqlarımızda beynəlxalq hüququ yenidən təmin edirik, ədalət savaşına çıxmışıq, BMT-də bizə qarşı hər hansı sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir”.

Prezident İlham Əliyev Minsk Qrupunun hazırkı dövrdə fəaliyyətinə də münasibət bildirib: “Deyə bilərik ki, hazırkı dönəmdə biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini görmürük. Adətən, müzakirə dönəmində onlar gəlirdi, tövsiyələr verirdilər, prezidentlər səviyyəsində görüşlərin gündəmini müəyyənləşdirirdilər, müzakirə ediləcək mövzuları bizə tövsiyə edirdilər, hər iki tərəf də razılaşma əsasında bu mövzuları müzakirə edirdi. İndi isə müharibənin bitməsindən 1 il keçməsinə rəğmən onlardan hər hansı bir tövsiyə yoxdur. Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ problemi sona çatdı. Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Bu günlərdə BMT Baş Assambeyasındakı çıxışımda da bütün ölkələrə səslənərək dedim ki, xahiş edirəm, bundan sonra Dağlıq Qarabağ ifadəsi istifadə edilməsin. Azərbaycan ərazisində elə bir inzibati ərazi vahidi yoxdur, Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi var. Bu durumda Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni mövzular ortaya çıxmalıdır. Dağlıq Qarabağ problemi bitdi, indi nə edilə bilər? Etimad artırıcı tədbirlər, yolların, koridorların açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan münasibətlərini qaydaya salmaq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaq. Onların fəaliyyət sahəsi bundan sonra saydıqlarımdan ibarət olmalıdır. Dağlıq Qarabağın, olmayan bir qurumun statusu ola bilərmi? Əlbəttə, ola bilməz Bunu demişdim və yenə də söyləmək istəyirəm ki, əgər kimsə Dağlıq Qarabağa status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın və ya respublika yaratsın, onların müstəqilliyini tanısın. Biz də tanıyaq, ancaq Azərbaycan ərazisində deyil”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı